Noyabrın 20-də Bakının Lökbatan qəsəbəsindəki 288
nömrəli tam orta məktəbdə 20 noyabr - Ümumdünya Uşaqlar
Gününə həsr olunmuş "Sağlam ruhlu, gələcəyə sağlam
övladlarla addımlayaq" mövzusunda tədbir keçirilib.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin
nümayəndələri Yusif Nəsibov, Nurlana Əliyeva, rayon
idman və gənclər idarəsinin rəisi Elçin Abasov,
Ombudsman Aparatının əməkdaşı Faiq Ağayev,
müəllimlər və valideynlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Gülüstan
Ağazadə açaraq bildirib ki, Azərbaycanda uşaqların
hüquqlarının qorunması sahəsində ulu öndərimiz Heydər
Əliyevin misilsiz xidmətləri olub. Ulu öndərin siyasi
kursunun layiqli davamçısı cənab İlham Əliyevin
2009-cu ili "Uşaq ili" elan etməsi bu diqqət və
qayğının bariz nümunəsidir.
Çıxış edənlər bildiriblər ki, hər bir uşağın şəxsiyyət
kimi formalaşması təhsil sisteminin ümdə vəzifəsidir.
Məktəb həyatı təkcə təhsil vermir, həm də tərbiyə
ocağıdır. Şagirdlərin hüquqlarının öyrənilməsində
məktəbin, ictimaiyyətin, müəllim və valideynlərin rolu
böyükdür.
Ona görə də təhsil ocaqlarında uşaqların öz hüquqlarını
bilmələri və müdafiəsi sahəsində aparılan
maarifləndirmə işləri daha da genişlənməlidir.
Sonda şagirdlər qonaqlarla xatirə şəkli də
çəkdiriblər.
Tədbir diskussiya şəklində başa çatıb.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |