BSU
Məktəb-lisey kompleksinin rus dili və ədəbiyyat
müəllimi, klassik rus ədəbiyyatı kafedrasının dosenti,
"Ən yaxşı müəllim" (2009) müsabiqəsinin qalibi
Carçıyeva İlahə Maksim qızı I (distant) turun qalibi
kimi 15-19 noyabr tarixlərində Moskvada "2011-2015-ci
illərdə rus dilinin inkişafı Federal proqram"
çərçivəsində keçirilən "Xarıci ölkələrin ən yaxşı rus
dili və ədəbiyyat müəllimi" Beynəlxalq müsabiqəsində
Azərbaycanı təmsil etmişdir. MDB və Baltikyanı ölkələrin
təcrübəli, səriştəli və yaradıcı rus dili və ədəbiyyat
müəllimlərinin qatıldığı bu tədbirdə İ.Carçıyeva maraqlı
ev tapşırıqları, ölkəmizin təlim rus dilində olan orta
məktəblərində tədrisin vəziyyətini və eləcə də rus
dilinin xarici dil kimi tədrisinin problemlərini, bu
fənlər üzrə Milli Kurikulumun tətbiqini, yeni
dərsliklərin yaradılması prosesini əks etdirən maraqlı
təqdimatla çıxış etmişdir. Müəllimlər bir sıra
nominasiyalar üzrə yarışmışlar. Rusiyanın nüfuzlu
alimlərinin daxil olduğu ekspertlər heyəti azərbaycanlı
metodist-müəllimin filoloji və professional hazırlığını
da yüksək qiymətləndirmişlər.
İlahə Carçıyeva "Xaricdə rus dilinin zənginliyinin
qorunması" nominasiyasının qalibi diplomu və "Xarici
ölkələrin ən yaxşı rus dili və ədəbiyyat müəllimi" Qızıl
döş nişanı ilə mükafatlandırılmışdır.
Tədbir "Rossotrudniçestvo" təşkilatı tərəfindən həyata
keçirilmişdir. |