Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Noyabr 2013 - №45

 

Kurikulum Mərkəzində təqdimat

 

Böyütmək üçün şəkili seçin Noyabrın 18-də Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzində Polşanın Komenius Fondunun təlimçi əməkdaşları Oqradzinski Tereza və Dominik Kmita "Polşa təcrübəsi əsasında məktəbəqədər təhsil xidmətlərinin göstərilməsi" mövzusunda təqdimatla çıxış ediblər. Təqdimatda Müasir təhsil və tədrisə yardım mərkəzinin icraçı direktoru  Ülviyyə Mikayılova, Kurikulum Mərkəzinin  şöbə və bölmə mudirləri Laləzar Cəfərova, Bibixanım İbadova, Natiq Axundov və qabaqcıl məktəbəqədər təhsil müəssisələrinin işçiləri iştirak ediblər.

Təqdimatda çıxış edən Oqradzinski Tereza Polşada olan məktəbəqədər təhsil haqqında danışıb. Bildirilib ki, bu ölkədə məktəbəqədər müəssisələr maliyyə baxımından bələdiyyələr tərəfindən idarə edilir. Uşaqlar 2,5-6 yaşa kimi məktəbəqədər təhsil müəssisələrinə cəlb olunur. Polşa Respublikasında 2006-cı ildən etibarən uşaqlar 5 yaşından icbari olaraq məktəbə hazırlanır. Bundan əlavə, mütəxəssis Polşa ilə Britaniya ölkələrində mövcud olan  məktəbəqədər təhsilin müqayisəli təhlilini verib.

Daha sonra təqdimat ətrafında müzakirələr işgüzar şəraitdə davam etdirilib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov