Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Noyabr 2013 - №45

 

Şamaxıda şahmat turniri

 

Böyütmək üçün şəkili seçinNoyabrın 9-dan 16-na kimi Şamaxı  Şahmat  Məktəbində Dövlət Bayrağı,  Konstitusiya  və Milli Dirçəliş  günlərinə  həsr  edilmiş  şahmat  turniri  keçirilib.

Şamaxı Şahmat Məktəbinin direktoru Asif Ağayevdən aldığımız məlumata görə, turnirdə   92  məktəbli  mübarizə  aparıb. Əvvəlcə iştirakçılar  Heydər  Əliyev parkında ümummilli liderin  xatirəsini ehtiramla yad edərək abidəsinin önünə  tər  çiçəklər  düzüblər. 

Turnir İsveçrə  sistemi  üzrə   keçirilib və 9  tur  oynanılıb. 9  turdan  8  xal  toplayan  Şamaxı şəhər   2 nömrəli   tam  orta  məktəbin  IX  sinif  şagirdi  Niyaz  Məmmədov  ümumi   turnirin  qalibi  olub.

Qızlar  arasında  Səbinə Seyidzadə  8,  Nəzrin Əhmədova   10,  Səfiyə Əlləzova  12, İzzət Ağayeva  14,  Arzum Abdullayeva  isə   16  yaşlılar arasında  çempionluq  sevincini yaşayıblar.

Oğlanlar  arasında   Mirəziz Babayev  8,  Mənsur Sərxanov 10,  Asim Sərxanov  12,   Rəfael Məmmədov 14,  Süleyman Süleymanov 16  yaşlılar arasında   çempion  olublar.

Çempionlara  və  ikinci-üçüncü  yerləri  tutanlara  diplomlar  və  hədiyyələr  təqdim edilib.  Turnir  təsnifat  xarakterli  olduğundan  şahmatçılara  müvafiq  idman  dərəcələri  də  verilib.

Qeyd  edək  ki,  noyabr  ayının  əvvəllərində  Bakıda  keçirilən  Uşaq-Gənclər  Şahmat  məktəbləri komandalarının  Azərbaycan  çempionatında  da  Şamaxının  şahmat  komandasının üzvləri Niyaz  Məmmədov,  Ülvi  Xudiyev,  Asim  Sərxanov,  İlahə  Xudiyeva  keçən  il  olduğu  kimi  bu  il də uğurla  çıxış  edib və  Şəki  komandası  ilə  5-6-cı yerləri  bölüşdürüb. III  taxtada  çıxış  edən  Asim  Sərxanov  isə  9  xaldan 7  xal  toplayaraq  bürünc  medala  layiq  görülüb. Şahmatçıların  dördü  də  baş  məşqçi-müəllim  Yaşar  Məmmədovun  yetirməsidir. 

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov