Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Noyabr 2013 - №45

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
Bakı Avrasiya Universiteti

2013-cü il üçün fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya aşağıdakı ixtisaslar üzrə qəbul elan edir:

 

Doktorantura 

Əyani şöbə

5704.01 Dil nəzəriyyəsi                                         -1 yer

5706.01 Azərbaycan dili                                       -1 yer

5708.01 German dilləri                                         -1 yer

5716.01 Azərbaycan ədəbiyyatı                          -1 yer 

Qiyabi şöbə

5704.01 Dil nəzəriyyəsi                                         -1 yer

5706.01 Azərbaycan dili                                       -1 yer

5708.01 German dilləri                                         -2 yer

5716.01 Azərbaycan ədəbiyyatı                          -1 yer

5719.01 Folklorşünaslıq                                        -1 yer 

Dissertantura

5704.01 Dil nəzəriyyəsi                                         -1 yer

5706.01 Azərbaycan dili                                       -1 yer

5708.01 German dilləri                                         -2 yer

5719.01 Folklorşünaslıq                                        -1 yer       

1. Doktorantura və dissertanturaya  ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müsabiqə əsasında qəbul olunurlar.

2. Doktoranturaya qəbul olunmaq istəyənlər ixtisas, xarici dil (rus dili istisna olmaqla seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) və fəlsəfə fənlərindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər. Dissertanturaya qəbul olunmaq istəyənlərlə müsahibə keçirilir.

3. Dissertanturaya qəbul olmaq istəyən şəxslər üçün elmi və elmi-pedaqoji iş stajı tələb olunur.

4. Doktoranturaya  və dissertanturaya sənədlərin qəbulu  20 noyabr - 05 dekabr  2013-cü il, qəbul imtahanları  və dissertant  olmaq istəyən şəxslərlə müsahibələr 9 dekabr - 26 dekabr 2013-cü il  müddətlərində keçirilir.

5. Doktoranturada əyani təhsil müddəti 3  il, qiyabi 4 il, dissertantlıq yolu ilə 4  ildir.

6.  Doktorantura və dissertanturaya qəbul  üçün aşağıdakı sənədlər  təqdim edilir: 

- rektorun adına ərizə;

- kadrların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş yerindən xasiyyətnamə;

- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

- şəxsiyyəti təsdiq edən sənədin surəti. 

7. Təhsil ödənişlidir, təhsil haqqı doktorant  və dissertantla bağlanmış müqavilə əsasında  müəyyənləşdirilir. 

Sənədlər  Bakı Avrasiya Universitetinin Elm, magistratura və doktorantura şöbəsində (II mərtəbə, 218-ci otaq) hər gün (bazar və bayram günləri istisna olmaqla) saat 9.00-dan 17.00-dək qəbul olunur.  

Ünvan:

Akademik Həsən Əliyev küçəsi, 135A.

Əlavə məlumat üçün: www.baau.edu.az;

əlaqə telefonları:

564-63-67; 564-63-65

(daxili nömrə 108, 118).

 

REKTORLUQ

 
 
 
Səhifənin başına qalx "Elanlar" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov