Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

29 Noyabr 2013 - №46

 

Şotlandların bayramı liseydə qeyd olunub

 

Böyütmək üçün şəkili seçinBakıda fəaliyyət göstərən "Evrika" liseyində ana dilimizlə bərabər ingilis, fransız, alman və rus dilləri də öyrədilir. Şagirdlərə dərin biliklər və milli ruh aşılanan liseydə eyni zamanda dilləri öyrənilən xalqlar və ölkələr haqqında  geniş məlumatlar verilir,  şagirdlər  onların adət-ənənələri, milli bayramları ilə yaxından tanış edilir. Bu məqsədlə  tədris ocağında vaxtaşırı maraqlı tədbirlər keçirilir.  Bu günlərdə təşkil edilmiş belə tədbirlərdən  biri şotlandların milli bayramı "Helloween"ə həsr olunub. Liseyin ingilis dili müəllimi Aytən Abbasovanın həmkarları Səbinə Rəhimli və Pərvanə Ələkbərlinin köməyi ilə təşkil etdiyi tədbirdə liseyin müəllim və şagird kollektivlərinin üzvləri, qonaqlar iştirak ediblər. Həm də ingilis dilində aparılan tədbirin aparıcısı olan Aytən Abbasova öncə bayramın mahiyyəti haqqında məlumat verib. Qeyd edib ki, şotlandların milli bayramlarından olan "Helloween"in əsası 1745-ci ildə qoyulub və sonralar bütün Böyük Britaniyaya yayılıb. İndi demək olar ki, bütün ingilisdilli ölkələrdə bu bayram keçirilir.

Sonra meydan şagirdlərə verilib. Bayramın qaydalarına uyğun  qorxulu kostyumlar  geyinən  bir qrup məktəbli liseyin siniflərini gəzərək hədiyyə istəyiblər. Tədbir ibtidai sinif şagirdlərinin çıxışları ilə davam edib. Onlar ingilis dilində şeirlər söyləyib, mahnılar oxuyublar. Mərasimdə nümayiş olunan səhnəcik də hamının xoşuna gəlib. Nağıl-səhnəcikdə "güc birlikdədir" ideyası tərənnüm və təbliğ olunur.

Sonra liseyin sinifləri arasında müxtəlif nominasiyalar üzrə yarış-müsabiqə keçirilib,  V və VII siniflər qalib hesab olunub. Qaliblərə hədiyyələr verilib. 

Tədbirə dəvət olunmuş aktyorun məşhur azadlıq mübarizi Zorronun geyimində təqdim etdiyi nömrələr də mərasim iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Sonda liseyin direktoru Ofeliya Muradova çıxış edərək tədbirin əhəmiyyətini yüksək qiymətləndirib, onun hazırlanmasında əməyi olan müəllimlərə, bayramı öz çıxışları ilə yaddaqalan edən şagirdlərə təşəkkürünü bildirib. 

Yusif  ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov