Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

29 Noyabr 2013 - №46

 

Sumqayıt məktəblərində "Azərbaycan dili və ədəbiyyat" aylığı

 

Sumqayıt şəhərinin orta məktəblərində "Azərbaycan dili və ədəbiyyat" aylığı keçirilir.

Şəhər təhsil şöbəsinin müdir əvəzi Vaqif Əkbərov  bildirib ki, məqsəd tədrisin keyfiyyətini yüksəltmək, ən yaxşı müəllimləri aşkarlamaq, qabaqcıl pedaqoji işçilərin təcrübələrini öyrənmək və yaymaqdır.

Aylıq çərçivəsində Sumqayıtdakı 14 nömrəli tam orta məktəbin təcrübəli müəllimlərindən biri, Bakı Dövlət Universitetinin dissertantı  Xalidə Pirkişiyeva Azərbaycan dili fənnindən "açıq dərs" keçib. 

Şəhər təhsil şöbəsinin nümayəndələrinin, məktəb direktoru və müəllim kollektivinin iştirakı ilə keçilən nümunəvi dərs  maraqla qarşılanıb. Belə dərslərin keçilməsinin gənc müəllimlərin müəyyən təcrübə qazanması, təkmilləşməsi baxımından böyük əhəmiyyət daşıdığı qeyd olunub.  

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov