Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

29 Noyabr 2013 - №46

 

Azərbaycan Turizm İnstitutunda ASAIF-in nümayəndələri ilə görüş

 

 Xaricdə Təhsil alan və Məzun olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAIF) nümayəndələri Azərbaycan Turizm İnstitutunda (ATİ) olublar.

Tələbələrlə keçirilən görüşdəki çıxışında forumun sədri Ramin Həkimov qurumun yarandığı gündən indiyədək ölkəmizin daxilində və xaricində həyata keçirdiyi irimiqyaslı tədbirlərdən, bu tədbirlərin  xaricdə təhsil alan  gənclərimiz üçün mühüm əhəmiyyət kəsb etməsindən bəhs edib.

Sonra ASAIF haqqında videoçarx nümayiş etdirilib. Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində təhsil alan forumun digər üzvləri də öz təcrübələrini bölüşərək tələbələrə bununla bağlı ətraflı məlumat veriblər.

Görüşdə, həmçinin xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində əldə edilmiş  nailiyyətlərdən,  proqramın obyektiv həyata keçirilməsindən,  builki nəticələrdən  söhbət açılıb,  daha sonra gənclərin verdiyi suallar cavablandırılıb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov