Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

29 Noyabr 2013 - №46

 

Xalq şairi Nigar Rəfibəylinin 100 illik yubileyi qeyd edilib

 

Noyabrın 25-də Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, xalq şairi Nigar Rəfibəylinin anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan institutun rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı xalq şairi Nigar Rəfibəylinin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış sərəncamın əhəmiyyətindən, görkəmli ziyalıların, ədiblərin yubileylərinin keçirilməsinə dövlət başçısının böyük diqqət göstərməsindən danışıb. Rektor A.Naxçıvanlı şairin həyat və yaradıcılığından danışaraq N.Rəfibəylinin poeziyasının Azərbaycan ədəbi dilinin zənginliyini sübut edən bariz nümunə olduğunu qeyd edib. Bildirilib ki, ana vətənə bağlılıq, insanın mənəvi ucalığı və yurdun əsrarəngiz təbiət gözəlliklərinin özünəməxsus tərzdə tərənnümü xalq şairinin yaradıcılığının ideya-bədii leytmotivini təşkil etmişdir.

Sonra institutun xarici dillər kafedrasının baş müəllimi Sevinc Məmmədova xalq şairi Nigar Rəfibəylinin həyat və yaradıcılığını əks etdirən video-təqdimat nümayiş etdirib. Daha sonra Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası kafedrasının dosenti Əlizadə Əsgərli  "Rəfibəylilər nəsli və Nigar Rəfibəyli", dosent Nazilə Abdullazadə  "Nigar Rəfibəyli Rəsul Rza poeziyası ədəbiyyatda qoşa qanad kimi", kafedranın baş  müəllimi  Şəlalə Mahmudova "Nigar Rəfibəylinin poetikası" mövzularında geniş məruzə ilə çıxış ediblər.

Tədbir boyunca xarici dillər kafedrasının tələbələrlə birgə hazırladığı bədii kompozisiyalar dinlənilib.  

AMİ-nin Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov