Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6 Dekabr 2013 - №47

 

Qafqaz Universiteti ilə "Azernet" şirkəti arasında protokol imzalanıb

 

Dekabrın 4-də Qafqaz Universiteti Elektron Məlumat Sisteminin bazara təklif edilməsi istiqamətində bu ali məktəblə "Azernet" şirkəti arasında əməkdaşlığa dair protokolun imzalanması mərasimi keçirilib. İmzalanma mərasiminin iştirakçılarına öncə Qafqaz Universitetində 2003-cü ildə yaradılmış və daim təkmilləşdirilərək ən yüksək standartlar səviyyəsinə çatdırılmış Elektron Məlumat Sistemi haqqında məlumat verilib. Bildirilib ki, bu sistem ölkədə həyata keçirilən "Elektron təhsil" proqramının tərkib hissəsi sayılan  "Elektron universitet"  layihəsi çərçivəsində fəaliyyət göstərir. İnteraktiv lövhədə onun istifadə qaydaları təqdim edilib.

Mərasimdə Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç bildirib ki, əməkdaşlıq protokolunun  imzalanmasında məqsəd Elektron Məlumat Sistemini Təhsil Nazirliyinin müvafiq əsasnamələrinin və Bolonya prosesinin  tələblərini nəzərə alaraq daha da inkişaf etdirmək, Təhsil Nazirliyi və digər tərəfdaşlarla əməkdaşlıq çərçivəsində satışını təmin etməkdir. Layihənin əhəmiyyətini yüksək qiymətləndirən professor A.Saniç onun universitetlərinin əlaqələrinin daha da genişlənməsinə mühüm töhfə verəcəyinə əminliyini bildirib və layihənin həyata keçirilməsinə verdiyi dəstəyə görə "Azernet" şirkətinin rəhbərliyinə təşəkkür edib. Rektor bütün bu işlərin  Qafqaz Universiteti nəzdindəki Texnoparkın fəaliyyəti çərçivəsində aparıldığını söyləyib.

"Azernet" şirkətinin rəhbəri Anar Novruzov çıxışında rəhbərlik etdiyi qurumun layihədə iştirakından məmnunluğunu söyləyib. Bildirib ki, Qafqaz Universitetinin Elektron Məlumat Sistemi təkmilləşdiriləcək və sistem bu ali məktəbdə əvəzsiz tətbiq olunacaq, sonra isə satış məqsədi ilə digər ali təhsil müəssisələrinə təklif ediləcək.

Sonra Qafqaz Universiteti ilə "Azernet" şirkəti arasında əməkdaşlığa dair protokol imzalanıb. Protokolu  rektor A.Saniç və "Azernet" şirkətinin rəhbəri A.Novruzov imzalayıblar. 

Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov