Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6 Dekabr 2013 - №47

 

İzmir Ali Texnologiya İnstitutunun rektoru Xəzər Universitetində

 

İzmir Ali Texnologiya İnstitutunun rektoru, professor Mustafa Güden, prorektoru, professor Sedat Akkurt və professor Rasim Əlizadə Xəzər Universitetində olmuşlar.

Xəzər Universitetindən AzərTAc-a bildirmişlər ki, universitetin rəhbərliyi ilə keçirilən görüşdə bu ali təhsil ocağının təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı iştirakçılara İzmir Ali Texnologiya İnstitutu haqqında məlumat vermişdir.  Təhsil fakültəsinin dekanı, dosent Elza Səmədova slaydların köməyi ilə Xəzər Universitetini təqdim etmişdir.  M.Güden rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyətindən, son 20 ildə əldə etdiyi uğurlardan danışmış, iştirakçıların suallarını cavablandırmışdır.

Sonra qonaqlar universitetin laboratoriyaları, mədəniyyət mərkəzi, kitabxana informasiya mərkəzi ilə tanış olmuşlar.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov