Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6 Dekabr 2013 - №47

 

Azərbaycan Respublikası təhsil nazirinin 11 oktyabr 2013-cü il tarixli, 842 nömrəli əmrinə əsasən təşkil olunmuş
“İctimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsi”nə yekun vurulmuşdur.

 

Müsabiqəyə təklif olunan layihələrin qiymətləndirilməsi müvafiq işçi qrupu tərəfindən həyata keçirilmişdir.

İki mərhələdən ibarət olan qiymətləndirmə prosesində ilkin olaraq, müsabiqənin əvvəlcədən müəyyənləşdirilmiş şərtlərinə cavab verməyən layihələr müsabiqədən kənarlaşdırılmışdır. Növbəti mərhələdə seçilmiş layihələr müvafiq meyarlara uyğun olaraq qiymətləndirilmişdir.

Müsabiqənin nəticəsi olaraq “Təhsil siyasəti üzrə təşəbbüslər” istiqaməti üzrə 13, “Təhsil sahəsində tədqiqat təşəbbüsləri” üzrə 5, ümumilikdə 18 layihə müsbət qiymətləndirilmişdir. 

Müsabiqədə qalib gələn layihələrin siyahısı:

Təhsil siyasəti üzrə təşəbbüslər

N

Təşəbbüs qrupu və ya
təşkilatın adı

Layihənin adı

1

"Demokratik İnkişaf Platforması"
və "Təhsil Tədqiqatları" ictimai birlikləri

"Təbiət fənləri üzrə Avropanın innovativ təcrübə texnologiyalarının Azərbaycanın ümumi təhsil məktəblərində tətbiqinə dəstək"

2

"Gənclərin Sosial İnkişafına Dəstək" ictimai birliyi

"Astara rayonunda məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji kadrların peşəkarlıq səviyyəsinin artırılması"

3

Azərbaycandan Kənarda
Təhsil Almış Mütəxəssislər
Təşkilatı (AKTAM)

"Azərbaycan Respublikasında ali məktəblərin reytinqinin müəyyən edilməsi"

4

Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi

"Azərbaycan Respublikasının təhsil siyasətində çalışan dövlət qulluqçularının siyasət hazırlanması sahəsində kompetensiyalarının möhkəmləndirilməsi"

5

Megavision” MMC

"Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin, peşə məktəblərinin və digər təhsil ocaqlarının kütləvi şəkildə internet səhifələrinin avtomatik yaradılması və rahat idarəolunması barədə"

6

"İsmayıllı Gənc Müəllimlərinə
Dəstək" təşəbbüs qrupu

"Ucqar kənd müəllimlərinin sosial servislərdən tədris prosesində istifadəsinin aktivliyinin artırılması"

7

Azad Müəllimlər Birliyi

"Təhsil prosesində ailə-məktəb əməkdaşlığının yolları"

8

Təhsil Problemləri İnstitutu Təhsil Texnologiyaları Mərkəzinin təşəbbüs qrupu

"Tədris keyfiyyətinin yüksəldilməsi üçün mentorluq yanaşması"

9

"Süheyl-Kreo"
təşəbbüs qrupu

"Zaqatala rayonunda "İnnovativ müəllimlər" qrupunun yaradılması və onların köməyi ilə müəllimlərin yeni təlim metodlarının tətbiqi faizinin yüksəldilməsi"

10

Biləsuvar Peşə Liseyi

"Biləsuvar rayonunda müasir peşə ixtisaslı kadrların inkişafına dəstək"

11

"XXI əsr Təhsil Mərkəzi" ictimai birliyi

"İnnovativ təlim metodları və texnologiyaların
tezaurusunun yazılması"

12

"ABŞ təhsilli Azərbaycan məzunları" ictimai birliyi, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, Azərbaycan Dillər Universitetinin Amerika Mərkəzi

"Tədqiqatın dəstəklənməsi, təqdim olunması və müzakirə edilməsi təhsil siyasətinin formalaşdırılmasının əsasları kimi"

13

Avrasiya Əməkdaşlıq/Qafqaz Tədqiqat
Resurs Mərkəzi

"Akademik dürüstlük: Azərbaycan Universitetlərində elmi məqalələrin yazılması"

Təhsil sahəsi üzrə tədqiqat təşəbbüsləri

N

Təşəbbüs qrupu və ya tədqiqatçının adı

Layihənin adı

1

Fizika-riyaziyyat və informatika təmayüllü lisey

"Statistika və ehtimalın elementləri"

2

Afaq Əliyeva

"Fənn kurikulumlarının tətbiqi ilə bağlı sorğu və müşahidələrin aparılması"

3

Vüqar Rüstəmli

"Məzunlara dəstək-təhsilə dəstək"

4

Qafqaz Universiteti Pedaqoji fakültəsinin müəllimləri Rəşad Səlimov və Emin Ağayev

"Şagirdlərin məktəbdənkənar fəaliyyətləri"

5

Vəli Hüseynov, Vitali Radskiy,
Nicat Məmmədov

"Təhsil siyasətinin yerləşmə, urbanizasiya, gender aspektləri və yerdəyişmə əsasında hazırlanması"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov