Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6 Dekabr 2013 - №47

 

BDU-da görkəmli alimin yubileyi qeyd olunub

 

Dekabrın 4-də Bakı Dövlət Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Respublika Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi, "Şöhrət" ordenli, Prezident təqaüdçüsü, fizika-riyaziyyat elmləri doktoru, professor Bəhram Mehralı oğlu Əsgərovun anadan olmasının 80, elmi, pedaqoji və ictimai fəaliyyətinin isə 55 illiyi münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov Bəhram Əsgərovun mənalı həyat yolu və elmi fəaliyyətindən danışıb.

Bildirib ki, 1933-cü ildə anadan olan Bəhram müəllim 1952-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirərək Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin fizika şöbəsinə daxil olub. Universitetdə təhsil aldığı müddətdə adlı təqaüdçü olub. Aspirantura təhsilini SSRİ Elmlər Akademiyası Yarımkeçiricilər İnstitutunda alıb. Bu institutda o, professor A.İ.Anselmin rəhbərliyi altında mükəmməl elmi məktəb keçib, bərk cismlər nəzəriyyəsinin aktual problemləri - metallar və yarımkeçiricilərdə termomaqnit effektlərin kvant nəzəriyyəsi ilə məşğul olub.  1966-cı ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinin molekulyar fizika kafedrasında işə başlayıb. 1971-ci ildə bərk cismlər fizikası kafedrasını yaradıb, 1972-ci ildə kafedranın professoru olub və indiyə qədər həmin kafedranın rəhbəridir.

Bəhram Əsgərovun əsərləri, elmi araşdırmaları barədə məlumat verən rektor bildirib ki, onun bir sıra işləri daha mürəkkəb dispersiya qanunlu, yəni real enerji spektrli yarımkeçiricilərdəki kinetik effektlərin klassik nəzəriyyəsinə həsr olunub.

Fizika fakültəsinin dekanı, professor Məmmədəli Ramazanov məruzəsində alimin elmi fəaliyyətindən danışıb. Bildirib ki, 1994-2004-cü illərdə Bakı Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, 1998-ci ildə bir ilə yaxın müddətdə Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən Bəhram müəllim hazırda Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvüdür. Bir çox illər respublika Təhsil Nazirliyinin "Fizika" ixtisası üzrə elmi-metodik şurasının sədri, elmlər doktoru elmi dərəcəsi verən Elmi Şuraların sədri və həmsədri olub. Bəhram müəllimin elmi-təşkilati, pedaqoji və ictimai fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib.

Sonra  akademik  Ziyad  Səmədzadə, professorlar - Misir Mərdanov, Qəzənfər Paşayev, Adil Qəribov və başqaları çıxış edərək yubilyarı təbrik edib, ona cansağlığı, uzun və məhsuldar ömür arzulayıblar.  

BDU-nun Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov