Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6 Dekabr 2013 - №47

 

Səfir Naxçıvan Dövlət Universitetindən xoş təəssüratlarla ayrıldı

 

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiq Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində olub. Səfir  təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsindəki Geologiya, mineralogiya və yerşünaslıq, habelə botanika və zoologiya muzeylərində, beynəlxalq münasibətlər və xarici dillər fakültəsindəki tərcümə tədris, Cənubi Koreya mədəniyyət və dil tədrisi mərkəzlərinə baş çəkib. 

Universitetin rektoru, professor Saleh Məhərrəmov qonağı salamlayaraq Naxçıvan Dövlət Universitetinin Azərbaycan ali təhsil sistemində yüksək reytinq qazandığını, müasir tipli, dünya standartlarına cavab verə biləcək güclü maddi-texniki bazaya, çoxsaylı professor-müəllim heyətinə malik ali məktəb olduğunu bildirdi, universitetin tələbə kontingenti, burada fəaliyyət göstərən fakültə və ixtisaslar barədə məlumat verdi.

Bildirdi ki, Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında elmin və təhsilin inkişafına göstərilən diqqət və qayğıdan yetərincə bəhrələnən bu ali təhsil ocağı dünya təhsil sisteminə inteqrasiya, beynəlxalq təcrübənin mənimsənilməsi və tətbiqi istiqamətində mühüm nailiyyətlər qazanıb. 

Azərbaycanda diplomatik fəaliyyətə yeni başlayan İrfan Siddiq Naxçıvan Muxtar Respublikası, buradakı yüksək təhsil infrastrukturu haqqında məmnunluqla danışdı, Naxçıvan Dövlət Universitetinin timsalında ölkədə təhsilin inkişafına külli miqdarda dövlət investisiyası qoyulmasını yüksək qiymətləndirdi. Səfir ölkələrarası münasibətlərin inkişafında elm və təhsil sahəsində əməkdaşlığın zəruriliyini vurğuladı, Böyük Britaniyadakı təhsil sistemi haqqında məlumat verdi. Görüşdə universitetlərarası tərəfdaşlıqla bağlı təkliflər müzakirə olundu.

Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin tələbələri ilə görüş maraqlı diskussiya şəklində keçdi, səfir tələbələri maraqlandıran sualları cavablandırdı.  

Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov