Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6 Dekabr 2013 - №47

 

Sumqayıt Dövlət Universitetində beynəlxalq konfrans

 

Sumqayıt Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş VII Beynəlxalq elmi-texniki konfrans keçirilib. Sumqayıt Dövlət Universiteti, Azərbaycan Milli Aviasiya Akademiyası və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə keçirilən "Mikroelektron çeviricilər və onların əsasında yaradılan cihazlar" mövzusunda konfrans 3 gün 5 bölmə iclasında davam edib.

SDU-nun rektoru, professor Nadir Qəhrəmanov iştirakçıları salamlayaraq konfransın mahiyyəti və əhəmiyyəti barədə məlumat verib. Rektor bildirib ki, konfransa ölkəmizin ali məktəblərindən, AMEA-nın institutlarından, eləcə də Rusiya, Ukrayna, Gürcüstan və Özbəkistandan elmi məqalələr daxil olub. Ümumilikdə isə konfransda 80-dən artıq məruzə dinləniləcək.

Daha sonra konfransın plenar iclası olub. Azərbaycan Milli Aviasiya Akademiyasının Elmi tədqiqat İnstitutunun aviasiya elektronikası şöbəsinin müdiri, texnika elmləri doktoru, professor Rasim Nəbiyevin, Sumqayıt Dövlət Universitetinin yarımkeçiricilər kafedrasının müdiri, professor Mamed Zərbəliyevin və Azərbaycan Texniki Universitetinin elektronika kafedrasının müdiri, professor Hüseyn Orucovun məruzələri dinlənilib. Məruzələr ətrafında müzakirələr aparılıb.

Konfrans çərçivəsində bölmələrdən ikisi Sumqayıt Dövlət Universitetində, ikisi Azərbaycan Texniki Universitetində, biri isə Azərbaycan Milli Aviasiya Akademiyasında keçirilib. Konfrans öz işini noyabrın 30-da Sumqayıt Dövlət Universitetində yekunlaşdırıb. Bölmə sədrləri hesabat verib, təklif və rəylərini bildiriblər.

Konfransın işinə SDU-nun elmi işlər üzrə prorektoru, professor Yadigar Hüseynov yekun vurub.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov