Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6 Dekabr 2013 - №47

 

Bakı Slavyan Universitetində "açıq dərs" keçirilib

 

Bakı Slavyan Universitetinin (BSU) Moskva Dövlət Linqvistik Universitetindəki Azərbaycan dili və mədəniyyəti mərkəzində Azərbaycanın xalq şairi Nigar Rəfibəylinin 100 illiyinə həsr olunmuş "açıq dərs" keçirilmişdir.

BSU-dan AzərTAc-a bildirmişlər ki, universitet rəhbərliyinin, rusiyalı və əcnəbi tələbələrin iştirak etdikləri "açıq dərs"də mərkəzin direktoru, professor B.Musayeva dinləyiciləri şairin həyat və yaradıcılığı ilə tanış etmişdir.

Sonra "Rəfibəylilər" sənədli filmindən parçalar nümayiş etdirilmiş, N.Rəfibəylinin sözlərinə yazılmış mahnılar və şeirlər səsləndirilmişdir.

Azərbaycan şairinin yaradıcılığı dinləyicilərin böyük marağına səbəb olmuş, onlar dərsin təşkilatçılarına minnətdarlıqlarını bildirmişlər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov