Bakıdakı 242 nömrəli tam orta məktəbdə dərsin müasir
tələblər səviyyəsində qurulmasına xüsusi diqqət
yetirilir.
Məktəbin direktoru Akif Rəsulov bildirir ki, təhsil
ocağında sinif müəllimləri arasında qarşılıqlı
dərsdinləmə artıq ənənə halını alıb. Bu da ibtidai
siniflərdə təlimin keyfiyyətinin yüksəlməsində mühüm
əhəmiyyət kəsb edir. Məktəbdə işləyən sinif müəllimləri
ilk günlərdən başlayaraq şagirdlərdə təlimə maraq
yaratmaq üçün müxtəlif vasitələrdən istifadə edir və
dərslərdə əyaniliyə, texniki vasitələrə, xüsusən
didaktik oyunlara geniş yer verirlər.
Keçilən hər bir "açıq dərs" pedaqoji şura iclaslarında
geniş müzakirə olunur və yaradıcı müəllimlərin təcrübəsi
digər məktəblər arasında geniş yayılır.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |