Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6 Dekabr 2013 - №47

 

"Qaraca qız" və "Keçəlin kələyi" tamaşaları şagirdlərin ifasında

 

Milli Konservatoriyanın tərkibində Respublika İncəsənət Gimnaziyasında teatr şöbəsinin şagirdlərinin iştirakı ilə Süleyman  Sani Axundovun "Qaraca qız" və Ələsgər Qurbanovun "Keçəlin kələyi" nağıllarının  tamaşaları göstərilib.

Tamaşa başlamamışdan əvvəl gimnaziyanın şagirdləri  Rəvan Hüseynov və Reyli Musayevanın təqdimatında milli rəqs nömrələri ifa olunub. Ayla Qafqazlı, Aydan Bağırova, Samir Ramazanovun iştirakı ilə "Qaraca qız" və Rəngamiz Qulamrza, Kənan Qurbanov, Mənsurə Qurbanova, Ayla Qafqazlı, Elgün Məmmədlinin iştirakı ilə "Keçəlin kələyi" tamaşaları iştirakçılar tərəfindən rəğbətlə qarşılandı. 

Gimnaziyanın direktoru Mahizər Şabanbəyova şagirdləri yaxşı çıxışlarına görə təbrik edib, onlara gələcək həyatlarında yeni-yeni uğurlara imza atmağı arzulayıb.

Tədbirdə iştirak edən  "Keçəlin kələyi" nağılının  müəllifi Ələsgər Qurbanov, əməkdar artist Novruz  Qartal və başqaları  uşaq tamaşalarının yüksək səviyyədə təşkil olunmasından və şagirdlərin istedadından danışıblar. Tamaşaların rejissorları Elnarə Quliyeva, Mahi Səfərova və quruluşçu rejissor Əliheydər Şahbazova minnətdarlıq bildirilib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov