Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6 Dekabr 2013 - №47

 

Zərdabda şahmat turniri keçirilib

 

 "Təhsil" Respublika İdman Mərkəzi və Zərdab Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Zərdab Rayon Şahmat Məktəbində böyük ziyalı Həsən bəy Zərdabinin xatirəsinə həsr olunmuş ənənəvi IX respublika şahmat turniri keçirilib.

Turnirdən əvvəl iştirakçılar və qonaqlar turnirin təşkil edildiyi rayon mədəniyyət evinin qarşısında ucaldılmış Həsən bəy Zərdabinin əzəmətli abidəsi önünə ehtiramla gül dəstələri düzmüşlər.  Zərdab Rayon Şahmat Məktəbinin direktoru Xalid Mehrəlidən aldığımız məlumata görə,  turnirin açılış mərasimində "Təhsil" Respublika İdman Mərkəzinin direktor müavini İbrahim Məmmədov, Zərdab Rayon Təhsil Şöbəsinin müdiri Baba  Babayev və digər şəxslər iştirak ediblər. Şahmat turnirində respublikamızın 20 rayonundan 120-yə yaxın məktəbli şahmatçı qüvvəsini sınayıb. Yarış İsveçrə sistemi ilə  9 turda, müxtəlif yaş qrupları üzrə oğlanlar və qızlar arasında keçirilib.

Yarışın qalibi 9 mümkün xaldan 7,5 xal toplayan Zərdab şahmatçısı Punhan Talıbxanlı olub.  Yaş qrupları üzrə digər qaliblər də "Təhsil" Respublika İdman Mərkəzinin diplomları və Zərdab Rayon Təhsil Şöbəsinin xatirə prizləri ilə mükafatlandırılıb.  

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov