Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 Dekabr 2013 - №48

 

Prezident təqaüdçüləri

Azərbaycan təhsilinin uğurları

 

İlahə SÜLEYMANLI,
Azərbaycan Respublikasının Prezidenti  yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi
 

1995-ci ildə Bakı şəhərində anadan olub. 2013-cü ildə Xızı rayonunun Sitalçay kənd tam  orta məktəbini bitirib. Bu il ali məktəblərə qəbul imtahanında III qrup üzrə 677 bal  toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının  inzibati idarəetmə fakültəsinə daxil olub.

DİA-nın tələbəsi olmağı ilə fəxr edir. Sevincinin hədd-hüdudu yoxdur. Çünki   Prezident  təqaüdünə  layiq görülən  tələbələr siyahısında onun da adı var.  Ən böyük  arzusu ona göstərilən etimadı doğruldaraq təhsilini xaricdə davam etdirməkdir.

 


Aygün CƏBİYEVA,
Bakı  Dövlət Universitetinin tələbəsi
  

1996-cı ildə İsmayıllı rayonunda anadan olub.  2013-cü ildə İsmayıllı şəhər 1 nömrəli tam orta  məktəbi  əla qiymətlərlə bitirib. Təhsil aldığı müddətdə  məktəblilər arasında keçirilən fənn  olimpiadalarının rayon turunda, inşa və  rəsm  müsabiqələrində iştirak edərək  qalib olub.

Ali məktəblərə qəbul imtahanında 691 bal toplayaraq   Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub.

Dövlətimizin təhsilə və gəncliyə xüsusi diqqət və qayğısından ruhlanan Aygünün arzusu valideynlərinin  və  müəllimlərinin etimadını doğruldaraq universiteti əla qiymətlərlə  qurtarmaqdır.


 Nurlan RƏHİMOV,
Qafqaz Universitetinin tələbəsi
 

1996-cı ildə  Bakı şəhərində  anadan olub. 2013-cü ildə paytaxtın Sabunçu rayonundakı   318   nömrəli tam orta məktəbi bitirib.  O, orta məktəbdə oxuduğu müddətdə riyaziyyatdan keçirilən fənn olimpiadasında I  yeri tutub. Bu il ali məktəblərə  qəbul imtahanında 682 bal toplayaraq Qafqaz Universitetinin mühasibat uçotu və audit ixtisasına   daxil olub. 

Nurlan  Prezident təqaüdünə layiq görüldüyünə görə  Prezident cənab İlham Əliyevə  öz təşəkkürünü  bildirir. Ən böyük arzusu  gələcəkdə ixtisası üzrə tanınmış  mütəxəssis olmaqdır.


Yəhya RƏFİYEV,
Bakı Ali Neft Məktəbinin tələbəsi
 

1996-cı ildə Bakı şəhərində anadan olub. 2013-cü ildə Bakıdakı Zərifə Əliyeva adına liseydə   təhsilini başa vurub.

Məktəbə gedən ilk gündən dərslərini yaxşı oxuyaraq yoldaşları arasında  fərqlənib. Bu il ali məktəblərə qəbul imtahanında 682 bal toplayaraq Bakı Ali Neft Məktəbinin proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına qəbul olub.

Prezident təqaüdünə  layiq görülən Yəhya üzərinə düşən məsuliyyəti ciddi dərk edir və  təhsildə daha böyük uğurlar qazanmaq üçün səylə çalışır.  


İlahə MƏMMƏDOVA,
Qafqaz Universitetinin tələbəsi
 

1995-ci ildə Şəmkir rayonunda anadan olub.  Bakıdakı  Nazim İsmayılov adına  80 nömrəli tam orta  məktəbi bitirib.

Bakı şəhərində riyaziyyat fənni üzrə keçirilən olimpiadalarda III yerə layiq görülüb.

672 balla Qafqaz Universitetinin maliyyə ixtisasına  qəbul olub.

Prezident təqaüdünə layiq görüldüyünə görə fərəh hissi keçirir və İlahəni daha böyük uğurlar əldə etməyə  sövq edir.

 

 Hazırladı: Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov