Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 Dekabr 2013 - №49

 

Məktəblilərin Respublika Ekoloji Forumu keçirilib

 

Dekabrın 19-da "Ətraf mühitə töhfəmiz" mövzusunda məktəblilərin Respublika Ekoloji Forumu qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və Nobel İrsi Fondunun dəstəyi ilə keçirilən forumda Təhsil Nazirliyinin nümayəndələri, görkəmli alimlər, dövlət və qeyri-hökumət təşkilatlarının, beynəlxalq proqramların təmsilçiləri iştirak ediblər.

Ekoloji Forum Azərbaycanda gənc təbiətçilər hərəkatının 90 illik və Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin (RETTM) 85 illik yubileylərinə həsr olunub.

Məktəblilərin Respublika Ekoloji Forumunun rayon (şəhər) və Respublika mərhələsi 2013-cü ilin noyabr ayında orta məktəblərin V-XI sinif şagirdləri arasında keçirilib. Ekoloji mövzuda referat işləri və yaradıcılıq işləri nominasiyaları üzrə təşkil edilmiş forumun yekun mərhələsinə 136 referat və 105 yaradıcılıq işi layiq görülüb. Gənc ekoloqlar ətraf mühitin mühafizəsi, alternativ enerjinin istifadəsi, tullantıların təkrar istifadəsi, meşələrin qorunması, atmosfer havasının mühafizəsi, bioloji müxtəlifliyin öyrənilməsi və digər mövzulara həsr olunmuş referatlarda müvafiq problemlərin həllinə dair təkliflərlə yanaşı, ətraf mühitin mühafizəsi sahəsində gördükləri işləri, gənc təbiətçilər hərəkatının tarixini əks etdiriblər.

Münsiflər heyətinin qərarı ilə qalib gəlmiş gənc ekoloqlar forumda məruzə ilə çıxış ediblər.

Mərasimin sonunda bütün qaliblər təbrik edilib, onlara diplom və hədiyyələr təqdim olunub.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov