Dekabrın 19-da Qərb Universitetində Fələstin dövlətinin
Azərbaycandakı səfiri Nasser Abdel Kareemlə görüş
keçirilib. Tədbiri giriş sözü ilə Qərb Universitetinin
politologiya və beynəlxalq münasibətlər kafedrasının
professoru Fikrət Sadıqov açaraq səfir Nasser Abdel
Kareemi universitetdə görməkdən məmnun olduğunu
bildirib. Qeyd edib ki, Qərb Universitetində dünya
şöhrətli şəxslər qonaq olmuş və mühazirələr demişlər.
Həmçinin Azərbaycanın və bir sıra xarici ölkələrin
professor və müəllimləri universitetimizin fəxri
professoru adına layiq görülüblər. Bu kimi maraqlı
görüşlər gənclərin vətəndaş kimi formalaşmasına, dünyada
və cəmiyyətimizdə mövcud ictimai-siyasi mühitin təhlil
edilməsinə, Azərbaycan həqiqətləri barədə dolğun
məlumatların beynəlxalq ictimaiyyətə çatdırılmasına
şərait yaradır.
Fələstin dövlətinin Azərbaycandakı səfiri Nasser Abdel
Kareem universitetdəki bu görüşünü yüksək
qiymətləndirərək Azərbaycanın bütün sahələrdə olduğu
kimi, təhsil sahəsində də uğurlar əldə etdiyini nəzərə
çatdırıb. Sonra Fələstin münaqişəsinin qısa tarixi və
İsraillə sülhün perspektivləri haqqında fikirlərini
söyləyib, universitetin professor-müəllim heyəti və
tələbələri qarşısında münaqişənin həlli yollarına aid
ətraflı çıxış edib.
Sonda səfir Nasser Abdel Kareem müəllim və tələbələri
maraqlandıran sualları cavablandırıb.
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |