Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 Dekabr 2013 - №49

 

Xüsusi hallar barədə məlumatların verilməsi haqqında
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Təhsil Nazirliyinin sisteminə daxil olan qurumlarla işin təşkilinin yaxşılaşdırılması, fövqəladə, cinayət və təhsil müəssisələrinin  normal  iş  ahənginin  pozulması  ilə  nəticələnən  hadisələr haqqında məlumatların verilməsi, həmçinin qurumlararası fəaliyyətin əlaqələndirilməsi və zəruri hallarda təxirəsalınmaz tədbirlərin görülməsini təmin  etmək  məqsədi  ilə  "Azərbaycan  Respublikasının Təhsil  Nazirliyi  haqqında  Əsasnamə"nin  13.5-ci  bəndini rəhbər  tutaraq  

ƏMR EDİRƏM: 

1. Təhsil Nazirliyinin struktur qurumlarının və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərləri aşağıda göstərilən xüsusi hallar haqqında dərhal telefonla, sonradan isə yazılı formada Azərbaycan Respublikasının Təhsil Nazirliyinə  məlumat verilməsini təmin etsinlər:

- təbii fəlakət, yanğın, digər fövqəladə hadisələr;

- təhsil işçiləri tərəfindən cinayət hadisələrinin törədilməsi, o cümlədən korrupsiya hüquq pozuntularına yol verilməsi və ya təhsil müəssisəsində (onun ərazisində) törədilmiş cinayət hadisələri;

-  hüquq-mühafizə orqanlarının təhsil müəssisələrində əməliyyat-axtarış fəaliyyətini həyata keçirməsi, təhsil müəssisəsinə aid sənədlərin tələb olunması və ya götürülməsi;

- elektrik, istilik, su və qaz təchizatının dayandırılması və digər hallar nəticəsində normal fəaliyyətin pozulması;

- şagird və tələbələrin kütləvi zəhərlənməsi, epidemiya xarakteri alan xəstəliklər;

- təhsil müəssisəsinin ərazisində təhsilalanların və təhsil işçilərinin xəsarət alması;

- təhsil müəssisəsinin ərazisinin zəbt olunmasına cəhdlər;

- inzibati binaya, əsas vəsaitlərə, kitabxana fonduna ziyan dəyməsi, dövlət nümunəli və sair əhəmiyyətli sənədlərin, möhür və ştampların itirilməsi və ya oğurlanması;

- təhsil müəssisəsinin normal fəaliyyətinin pozulmasına səbəb olmuş hər hansı digər hadisələr.

2. Xüsusi hallar barədə məlumatlar Nazirliyin İnformasiya şöbəsinə (həftənin iş günləri 9:00-dan 18:00-dək Təhsil Nazirliyinin "Qaynar xətt" xidməti - 146 telefon nömrəsinə,  qeyri-iş  vaxtları isə (051) 7601270 və ya (050) 3613298 telefon nömrələrinə) verilsin.

3. Məlumatda hadisənin baş vermə (törədilmə) yeri, vaxtı, nəticələri, əgər məlumdursa səbəbləri, həmçinin həyata keçirilən təxirəsalınmaz tədbirlər qeyd edilsin.

4. İnformasiya şöbəsinə (Elnur Əliyevə) tapşırılsın ki:

4.1.daxil olmuş məlumatları qeydiyyata almaqla dərhal Nazirliyin rəhbərliyinə məruzə edilməsini təmin etsin;

4.2. qeyri-iş saatı daxil olan məlumatların növbəti iş günündə qeydə alınması təmin olunsun;

4.3. əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin;

4.4. əmrin Təhsil Nazirliyinin bütün struktur qurumlarına və strukturuna daxil olmayan tabeliyindəki qurumlara çatdırılmasını təmin etsin;

4.5. xüsusi hallar barədə məlumatların mütəmadi olaraq ümumiləşdirilməsini aparsın.

5. Xüsusi hallar barədə məlumatın verilməsinə görə şəxsən məsuliyyət daşıdıqları Təhsil Nazirliyinin struktur qurumlarının və strukturuna daxil olmayan tabeliyindəki qurumların  rəhbərlərinin nəzərinə çatdırılsın.

6. Əmrin icrasına nəzarət Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramova həvalə olunsun. 

Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
17 dekabr 2013-cü il

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov