Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 Dekabr 2013 - №49

 

Uşaq və gənclərin əl işlərinin respublika müsabiqəsi qalibləri mükafatlandırıldı

 

Dekabrın 16-da T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının Uşaq təsviri və tətbiqi sənət mərkəzində uşaq və gənclərin əl işlərinin respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Qeyd edək ki, Azərbaycan Respublikası təhsil nazirinin 3 sentyabr 2013-cü il tarixli, 797 nömrəli əmri ilə istedadlı uşaq və gənclərin üzə çıxarılması, onların yaradıcılıq potensialının inkişaf etdirilməsi, uşaq və gənclərin yaradıcılıq mərkəzlərinə daha geniş cəlb olunması, uşaq yaradıcılıq mərkəzləri arasında təcrübə mübadiləsinin təşkili məqsədilə keçirilmiş müsabiqədə uşaq yaradıcılıq mərkəzlərinin 6-18 yaşlı dərnək üzvləri iştirak ediblər.

Dekorativ tətbiqi sənət (tikmə, milli tik

mə, dekorativ kompozisiya, makrame, toxuma, xalça, bədii oyuncaq, ağac üzərində oyma, şüşə üzərində rəsm, aplikasiya, kağızdan bədii konstruksiya-oriqami, metal üzərində oyma, muncuqla işləmə), dizayn (biçmə-tikmə, paltarın modelləşdirilməsi, gəlincik üçün paltar, evin interyeri, məhsul nişanı) və floristika-nəbatat aləmi (müxtəlif güllərdən və bitkilərdən, tumlardan, təbii məhsullardan ekibana, kompozisiya hazırlanması) nominasiyaları üzrə təşkil edilmiş müsabiqənin rayon-şəhər mərhələsində hər yaradıcılıq növündə I və II yerə layiq görülmüş əl işləri respublika mərhələsində iştirak etmək hüququ qazanıb. Müsabiqəyə təqdim olunmuş 800-dən çox əl işindən 556-sı T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının Uşaq təsviri və tətbiqi sənət mərkəzində təşkil olunmuş sərgidə nümayiş etdirilib.

Respublika mərhələsində hər növ üzrə I, II və III yerləri tutan iştirakçılar Təhsil Nazirliyi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.

Qaliblərin mükafatlandırılması mərasimində Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Ağababa İbrahimov, İnformasiya şöbəsinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov, uşaq yaradıcılıq mərkəzlərinin direktorları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov