Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 Dekabr 2013 - №49

 

"Həyatının təhlükəsizliyi sənin öz əlindədir"

 

Bu günlərdə Ağcabədi rayonunun Hacıbədəlli kənd orta məktəbində Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzi tərəfindən    "Həyatının təhlükəsizliyi sənin öz əlindədir" adlı maarifləndirmə tədbiri keçirilib.

Tədbirin məqsədi şagirdlərin fərdi təhlükəsizlik sahəsində biliklərini təkmilləşdirmək, onları təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış qaydaları ilə tanış etmək, həmçinin təhsil müəssisələrində, məişətdə müvafiq təhlükəsizlik vərdişləri aşılamaqdır.

Məktəb kollektivinin iştirak etdiyi tədbirdə FHN-nin əməkdaşları təmsil etdikləri qurumun fəaliyyəti, regional mərkəzin iş prinsipləri və maddi-texniki bazası haqqında geniş məlumat veriblər. Çıxış edənlər fövqəladə hallar zamanı davranış qaydaları, yanğın təhlükəsizliyi, dəm qazından qorunmaq və dəm qazı ilə zəhərlənmə zamanı ilkin yardım, regionda ehtimal edilən fövqəladə hallar, "112" qaynar telefon xəttinin əhəmiyyəti və digər məsələlər barədə də ətraflı danışıblar. Məktəb kollektivinə həmçinin zəlzələ, tufan, qasırğa zamanı və radioaktiv maddələrlə çirklənmiş ərazidə davranış qaydaları əyani vəsaitlərin köməyi ilə izah olunub.

Tədbirdə sonra şərti dəm qazı ilə zəhərlənmiş şəxsə ilkin tibbi yardım qaydaları əyani şəkildə göstərilib, bununla bağlı videoçarx nümayiş etdirilib.

Sonda məktəblilərə "FHN Qarabağ Regional Mərkəzi xəbərdarlıq edir: Dəm qazı təhlükəsindən uzaq olun!" adlı bukletlər paylanılıb və mütəxəssislər tərəfindən onları maraqlandıran suallar cavablandırılıb. 

Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov