Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

27 Dekabr 2013 - №30

 

2014-cü və 2015-ci illərdə Bakıda məktəb tikintisi, təmiri problemi tam aradan qalxacaqdır

 

Böyütmək üçün şəkili seçinSosial infrastrukturun yaradılması ilə bağlı son illərdə böyük işlər görülmüşdür. Bakı şəhərində məktəblərin bərpası, tikintisi gedir. Məktəblərin böyük əksəriyyəti yüksək səviyyədə təmir edilmişdir. Ancaq təqribən 90-a yaxın məktəbdə təmir işləri aparılmalıdır. Hesab edirəm ki, əgər biz əvvəlki illərin templəri ilə getsək 2014-cü və 2015-ci illərdə Bakıda məktəb tikintisi, təmiri problemi tam aradan qalxacaqdır. Yeni təmir olunmuş məktəblər ən müasir avadanlıqla da təmin edilir.

Uşaq bağçaları problemi çox ciddi problemdir. Xüsusilə son illərdə valideynlər uşaqlarını daha çox uşaq bağçalarına vermək istəyirlər. Bu da təbiidir. Çünki uşaq bağçaları çox yüksək səviyyədə təmir edilibdir. Ancaq bizim mövcud imkanlarımız hələ ki, məhduddur. Deyə bilərəm ki, uşaq bağçaları ilə təminat təqribən 20-25 faizdir. Ona görə, biz növbəti illərdə uşaq bağçalarının tikintisinə, təmirinə böyük diqqət verməliyik. Yaxşı ki, vaxtilə - sovet dövründə həm məktəblər, həm uşaq bağçaları elə tikilmişdi ki, onların həyəti çox genişdir, böyükdür və orada yeni korpuslar tikmək mümkündür. Bu imkandan da istifadə etməliyik. Ondan sonra yeni yerlər müəyyən edilməlidir. Yeni yaşayış binaları, yeni massivlər tikilərkən orada məktəb və uşaq bağçası nəzərdə tutulmalıdır. Bunsuz tikinti üçün icazə verilməməlidir. Biz çalışmalıyıq, maksimum dərəcədə insanları uşaq bağçaları ilə təmin edək ki, bu məsələ də öz həllini tapsın. 

Azərbaycan Prezidenti İlham Əliyevin
Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair
Dövlət Proqramının icrasının yekunlarına həsr olunmuş konfransdakı çıxışından

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov