Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

27 Dekabr 2013 - №30

 

Sumqayıt Dövlət Universitetində tələbələrin elmi konfransı işinə başladı

 

Sumqayıt Dövlət Universitetində tələbələrin IX elmi konfransı keçirildi. Konfransın plenar iclasında çıxış edən universitetin prorektoru, dosent Nizami Namazov bildirdi ki, 2005-ci ildən etibarən hər il SDU-da tələbələrin elmi konfransları keçirilir və bu, sayca doqquzuncu konfransdır. Prorektor vurğuladı ki, əgər 2005-ci ildə konfransın məruzəçilərinin sayı 239 idisə, bu il 568-ə çatıb. Konfrans öz işini 11 bölmədə davam etdirəcək. Təqdim olunmuş məruzələrin tezisləri kitab halında çap olunacaq. Konfransın işində fərqlənən tələbələr respublika və beynəlxalq konfranslarda iştirak edəcək.

Tarix fakültəsinin dekanı, professor Adil Baxşəliyev bildirdi ki, bu cür konfranslar tələbələri elmi fəaliyyətə cəlb edir, stimullaşdırıcı amilə çevrilir.

Daha sonra riyaziyyat fakültəsinin tələbəsi Əlfiyat Mehdiyevanın, filologiya fakültəsinin tələbəsi Saməddin Qəmbərovun çıxışları dinlənildi.

İclasın sonunda Tələbə Elmi Cəmiyyətinin sədri və təşkilat komitəsinin məsul katibi Turqay Hüseynov bölmə iclasları barədə məlumat verdi.

Qeyd edək ki, üç gün davam edəcək konfransa dekabrın 28-də yekun vurulacaq. 

Sumqayıt Dövlət Universitetinin Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov