Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

27 Dekabr 2013 - №30

 

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında Yeni il gecəsi keçirilib

 

Böyütmək üçün şəkili seçinDekabrın 25-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının Xocasən qəsəbəsindəki yeni kampusunda Yeni ilə həsr edilmiş bayram gecəsi keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə MDU-nun Bakı filialının rektoru, professor Nərgiz Paşayeva, xalq artisti Arif Məlikov, xalq artisti Teymur Göyçayev, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin iştirak etmişlər.

Universitetin rektoru Nərgiz Paşayeva ali məktəbin tələbələrini və müəllimlərini qarşıdan gələn Yeni il münasibətilə təbrik etmişdir. O, başa çatmaqda olan ilin filial üçün uğurlu olmasını qeyd etmiş, tələbələrə yeni ildə təhsil uğurları arzulamışdır.

Səfir Vladimir Doroxin vurğulamışdır ki, bu universitet Rusiya ilə Azərbaycanı birləşdirən ən yaxşı vasitədir. "Bu, iki ölkə tərəfindən uğurla həyata keçirilmiş gözəl layihədir", - deyən diplomat qeyd etmişdir ki, 2013-cü il hər iki ölkə üçün uğurlu olmuşdur. V.Doroxin demişdir: "Azərbaycan inkişaf edir, ölkənizdə sabitlik var, bu, çox vacibdir. Bundan əlavə, Azərbaycan Prezidentinin yenidən həmin vəzifəyə seçilməsi də başa çatmaqda olan ilin əlamətdar hadisəsidir. Ölkələrimizin münasibətləri baxımından bu il çox uğurlu olmuşdur. Rusiya Prezidenti Vladimir Putin Azərbaycana səfər etmişdir".

Sonra MDU-nun Bakı filialının tələbə xoru çıxış etmişdir. Tələbələr Azərbaycan və xarici ölkələrin musiqisini ifa etmişlər.

Gecədə xalq artisti Teymur Göyçayevin rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri çıxış etmişlər.

Xatırladaq ki, MDU-nun Azərbaycandakı filialı 2007-ci ildən fəaliyyət göstərir. 2012-ci ildə universitet tələbələrinin birinci buraxılışı olmuşdur. Elə həmin il Xocasən qəsəbəsində bu ali məktəbin yeni kampusu istifadəyə verilmişdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov