Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

27 Dekabr 2013 - №30

 

AMİ-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib

 

Dekabrın 26-da Azərbaycan Müəllimlər İnstitutunda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib. Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə institutun rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı çıxış edərək ilk növbədə ulu öndər Heydər Əliyevin dünya azərbaycanlılarının birliyinin zəruriliyini nəzərə alaraq elan etdiyi və dövlət bayramı kimi qeyd edilən Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni - 2014-cü ilin gəlişi münasibətilə tədbir iştirakçılarını təbrik edib. Rektor bildirib ki, azərbaycanlılar hər zaman öz milli mənsubiyyətini, adət-ənənələrini, mənəvi-əxlaqi dəyərlərini qoruyub saxlamış, tarixi Vətənlə əlaqələrini itirməmişlər. Məhz ümummilli liderin Azərbaycan rəhbərliyinə 1993-cü ildə ikinci dəfə qayıtmasından sonra, ölkəmizin diasporla bağlı vahid dövlət strategiyası müəyyənləşib, diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diasporu Prezident cənab İlham Əliyevin böyük diqqət və qayğısı nəticəsində  müasir dövrün tələblərinə uyğun olaraq yaşadıqları ölkələrin ictimai-siyasi həyatında daha fəal iştirak edir, başqa xalqların diaspor təşkilatları ilə əlaqələrini daha da gücləndirirlər.

Sonra institutun müəllim və tələbələri "Dünya azərbaycanlılarının həmrəyliyi gününün yaranma tarixi və əhəmiyyəti haqqında", "Heydər Əliyev dünya azərbaycanlılarının ideoloqudur", "Qərbi Avropada Azərbaycan diasporunun fəaliyyəti" mövzularında məruzə ilə çıxış ediblər.

Sonra Məmməd Arazın "Azərbaycan dünyam mənim" şeiri, saz ifasında vətənpərvərlik mövzusunda bayatılar tələbələr tərəfindən səsləndirilib.

Tədbirin sonunda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə AMİ-nin tələbələri arasında "Ana yurdum - Azərbaycan" mövzusunda keçirilmiş fotoşəkil müsabiqəsinin qalibləri professor-müəllim heyətinin iştirakı ilə müəyyənləşdirilərək onlara diplom və hədiyyələr təqdim olunub. Bununla yanaşı, yeni - 2014-cü ilin gəlişi münasibətilə AMİ-nin yataqxanasında yaşayan tələbələr arasında keçirilmiş "Ən gözəl bəzədilmiş otaq" müsabiqəsinin qalibləri də diplom və hədiyyələrlə mükafatlandırılıb. Bütün qaliblər hər iki müsabiqənin keçirilməsinə yaratdığı şəraitə görə instititun rektoruna öz minnətdarlıqlarını bildirərək, tədbir iştirakçılarını bayram münasibətilə təbrik ediblər.   

AMİ-nin Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov