Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

27 Dekabr 2013 - №30

 

Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

 

Slovakiya Respublikasında təhsil alma imkanı

Slovakiya Respublikası bu ölkənin tələbə, doktorant, ali məktəb müəllimləri və elmi işçilərin mübadiləsinə dəstək üzrə milli təqaüd proqramına yeni qəbul elan edib. Anket və əlavə məlumatı www.scholarship.sk internet səhifəsindən əldə edə bilərsiniz. Növbəti tədris ilinin yay semestrində təhsil almaq istəyənlərin 30 aprel 2014-cü ilin tarixinədək  ərizə formalarını təqdim etmələri tələb olunur.

 

Malayziya Beynəlxalq İslam Universitetində təhsil alma imkanı

Malayziya Beynəlxalq İslam Universiteti "İslam Əməkdaşlığı Təşkilatı Təhsil Mübadiləsi Proqramı" çərçivəsində İƏT-ə üzv ölkələrdən olan tələbələr üçün bütün pillələr üzrə (bakalavr, magistr, doktorantura) təqaüdlər və müəllim mübadiləsi, tədqiqat layihələri kimi sahələr üzrə müxtəlif proqramlar təklif edir. Qeyd edilən proqramlarda iştirak etmək istəyən namizədlər üçün ətraflı məlumat və prosedurlara dair qaydalar əlavədə www.xaricdetehsil.edu.gov.az göstərilmişdir.

 

Avstriya Respublikasında təhsil alma imkanı

Avstriya Respublikasının Federal Elm və Tədqiqat Nazirliyi tərəfindən 2014-2015-ci illərdə tələbə, məzun və alimlər üçün yeni təqaüdlərin təsis edildiyi bildirilir.

Təqaüdlər üzrə müsabiqə Avstriyanın Təqaüdlər və Tədqiqatların təşviqi Məlumat Bazası tərəfindən (alman və ingilis dillərində) www.grants.at internet səhifəsi vasitəsilə həyata keçirilir.

Müsabiqə çərçivəsində www.scholarships.at  internet səhifəsində elektron müraciətlərin qəbulu nəzərdə tutulmuşdur. 

www.xaricdetehsil.edu.gov.az

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov