Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

27 Dekabr 2013 - №30

 

MDB ölkələri universitetlərinin ilk reytinq cədvəli açıqlanıb

 

Postsovet ölkələrində fəaliyyət göstərən 400-dən artıq ali məktəbin ilk reytinq cədvəli tərtib olunub. Tədqiqatda 15 ölkədən 405 universitet iştirak edib. Rusiya Təhsil və Elm Nazirliyinin sifarişi ilə "İnterfaks" agentliyinin keçirdiyi reytinqdə MDB, Baltikyanı ölkələr və Gürcüstanın ali məktəbləri iştirak ediblər. Reytinq  "Quacquarelli Symonds" agentliyinin son 10 il ərzində dünya universitetlərinin qiymətləndirilməsində istifadə etdiyi metodologiyalara əsaslanıb.  Agentliyin informasiya qrupunun  ekspertləri açıq məlumatlar əsasında universitetlərin təhsil, elmi tədqiqat və beynəlxalq fəaliyyətini qiymətləndiriblər.

Təhsil fəaliyyəti beynəlxalq akademik ekspertlərin, işəgötürənlərin və rekruterlərin qiymətləndirmələri, elmi-pedaqoji işçilər kontingentinin keyfiyyət göstəricilərinə əsaslanır.  Elmi tədqiqat fəaliyyəti rusdilli və ya qlobal  elmi məkanda ali məktəbin elmi-pedaqoji  işçilərinin  səmərəli fəaliyyətini, universitetin elmi nəşrlərinin keyfiyyətini nəzərdə tutur, ali məktəbin beynəlxalq fəaliyyət sahəsində qiymətləndirilməsi, tələbə mobilliyi, elmi tədqiqatlar sahəsində beynəlxalq əməkdaşlığı, ikili diplom almış məzunlarının sayı ilə  qiymətləndirilir.

Siyahıya Rusiyanın M.V.Lomonosov adına Moskva Dövlət Universiteti başçılıq edir. MDU mümkün olan 100 balı tam toplayıb.  MDB məkanının 10 ən yaxşı universitetləri arasında  Belarus Dövlət Universiteti, Sankt-Peterburq Dövlət  Universiteti, Taras Şevçenko adına Ukrayna Milli Universiteti, Vilnüs Universiteti, Novosibirsk Dövlət Milli Tədqiqatlar Universiteti,  Rusiya Xalqlar Dostluğu Universiteti, N.E. Bauman adına Dövlət Texniki Universiteti,  Tartu Universiteti (Estoniya), Tomsk Dövlət  Universiteti yer alıblar.  Azərbaycanı 100 ən yaxşı universitet sırasında (61-ci yer) Bakı Dövlət Universiteti təmsil edir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov