Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Yanvar 2014 - №01

 

Uşaqlara bayram hədiyyələri verilib

 

 Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Bakı şəhərindəki internat məktəblərində və 1 nömrəli ailə tipli kiçik qrup evində təlim-tərbiyə alan uşaqlar üçün Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə bayram şənlikləri keçirilib.

Bayram şənliklərində Şaxta baba və Qar qız uşaqları təbrik edərək uğurlar arzulayıb, şən klounlar onları əyləndiriblər. Uşaqlar unudulmaz anlar yaşayıb, rəqs edib, mahnı və şeirlər söyləyib, maraqlı səhnəciklər göstəriblər.

Təhsil Nazirliyi tərəfindən uşaqlara bayram hədiyyələri təqdim olunub.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov