Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Yanvar 2014 - №01

 

Təhsil Nazirliyi uşaqların sağlam inkişafı ilə bağlı filmi Azərbaycan dilinə tərcümə etdirib

 

Təhsil Nazirliyinin sifarişi ilə "Oturaq həyat tərzi - sivilizasiyanın xəstəliyi" adlı elmi-kütləvi film Azərbaycan dilinə tərcümə edilib.

Uşaqların Sağlam İnkişafı Naminə Rusiya İttifaqı tərəfindən istehsal olunan filmdə təhsilalanların sağlamlığının qorunması, tədris şəraitindən irəli gələn hərəkətsizliyin uşaqların sağlamlığına zərəri və digər müvafiq məsələlərdən bəhs olunur.

Film disk şəklində 8 min nüsxə artırılaraq ümumtəhsil, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrinə paylanılmaqdadır. Daha geniş yayımlanması üçün film mərkəzi və regional kanallara da təqdim edilib.

Filmin ictimaiyyətə çatdırılması "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda, Azərbaycan Respublikası təhsil nazirinin "Təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində təhsil texnologiyalarının tətbiqi üzrə işçi qrupunun yaradılması haqqında" əmrində qarşıya qoyulan məqsədlərə nail olmağa xidmət edir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov