Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Yanvar 2014 - №01

 

ADU-da qış imtahan sessiyası başlandı

 

Yanvarın 7-dən Azərbaycan Dillər Universitetində qış imtahan sessiyasına start verildi.  ADU-nun  rektoru, Milli Məclisin deputatı, professor  Səməd Seyidov 2013/2014-cü tədris ilinin qış imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədilə müvafiq əmr imzalayıb.  Qış imtahan sessiyası əyani şöbədə  30 dekabr  2013-ci il tarixindən 4 fevral 2014-cü il  tarixinədəkdir.   Qiyabi şöbədə isə  sessiya müddəti yanvarın 7-dən fevralın 10-dək müəyyən edilib.  Qış imtahan sessiyası 4 fakültənin (tərcümə, pedaqoji, filologiya və jurnalistika, regionşünaslıq və beynəlxalq münasibətlər)  əyani gündüz, pedaqoji  fakültənin əyani gündüz və qiyabi şöbələrində aparılır.

Qış imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədilə Operativ Qərargah da yaradılıb. Tədris şöbəsinin müdiri Şəfəq Şahməmmədovanın rəhbərlik etdiyi  Operativ Qərargahın üzvləri rektorun müşaviri Vazeh Əsgərov,  Xüsusi  şöbənin  rəisi  Elçin  Tağıyev,  xarici dillərin tədrisi metodikası kafedrasının baş müəllimi Hafiz Rəhimov  və Tələbə Gənclər  Təşkilatının  sədri  Xıdır Kazımovdur. Bununla yanaşı, ADU-nun 440-35-05, 440-35-02, 440-64-82  nömrəli şəhər və 141, 146, 264 nömrəli daxili telefonları, eləcə də  [email protected] ünvanlı elektron poçtu "Qaynar xətt" elan edilib.

Tədris binalarında sessiya ilə bağlı yazılı müraciətləri və təklifləri qəbul etmək üçün binaların daha çox diqqət çəkən yerlərində müvafiq qutular qoyulub. Fakültə dekanları və kafedra müdirlərinə tapşırılıb ki, imtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkil olunmasını təmin etsinlər. 

ADU-nun Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov