Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Yanvar 2014 - №01

 

Prezident təqaüdçüləri

Azərbaycan təhsilinin uğurları

 

Fuad İSMAYILZADƏ,

Azərbaycan Respublikasının Prezidenti  yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi 

1996-cı ildə Mingəçevir şəhərində anadan olub. 2013-cü ildə Mingəçevir şəhəri İ.Kişiyev adına  17 nömrəli tam  orta məktəbi qızıl medalla bitirib. Bu il ali məktəblərə qəbul imtahanında III qrup üzrə 666 bal  toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının  inzibati idarəetmə fakültəsinə daxil olub.

DİA-nın tələbəsi olmağı ilə fəxr edir. Sevincinin hədd-hüdudu yoxdur. Çünki   Prezident  təqaüdünə  layiq görülən  tələbələr siyahısında onun da adı var.  Ən böyük  arzusu ona göstərilən etimadı doğrultmaqdır.

 

 

 


 Ləman SADIQLI,

Bakı Ali Neft Məktəbinin tələbəsi 

1995-ci ildə Bakı şəhərində anadan olub.  2013-cü ildə Bakı Avropa Liseyini    qızıl medalla bitirib. Məktəblilər arasında keçirilən fənn  olimpiadalarının iştirakçısı  olub.

Ali məktəblərə qəbul imtahanında 687 bal toplayaraq   Bakı Ali Neft Məktəbinin  kimya  mühəndisliyi ixtisasına qəbul olub.

Dövlətimizin  təhsilə  və  gəncliyə  xüsusi diqqət və qayğısından ruhlanan Ləmanın arzusu valideynlərinin  və  müəllimlərinin etimadını doğruldaraq universiteti əla qiymətlərlə  qurtarmaqdır.

 

 

 


Gülxanım XƏLİLOVA,

Azərbaycan Respublikasının Prezidenti  yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi 

1996-cı ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Əsmələr kəndində   anadan olub. 2013-cü ildə Bakıdakı 270 nömrəli tam orta məktəbi bitirib.   Orta məktəbdə oxuduğu illərdə   olimpiadalarda  dəfələrlə I  yeri tutub.

Bu il ali məktəblərə  qəbul imtahanında 688 bal toplayaraq  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsinə  daxil olub. 

Prezident təqaüdünə layiq görüldüyünə görə  Prezident cənab İlham Əliyevə  öz təşəkkürünü  bildirir. Ən böyük arzusu  gələcəkdə ixtisası üzrə tanınmış  mütəxəssis olmaqdır.

 

 


Fərid  MƏMMƏDOV,

Bakı Ali Neft Məktəbinin tələbəsi 

1994-cü ildə Goranboy rayonunda anadan olub. 2013-cü ildə Bakı Özəl Türk Liseyinin Mingəçevir filialını qızıl medalla  bitirib. 

Bu il ali məktəblərə qəbul imtahanında 685 bal toplayaraq Bakı Ali Neft Məktəbinin proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına qəbul olub.

Prezident təqaüdünə  layiq görülən Fərid üzərinə düşən məsuliyyəti ciddi dərk edir və  qış imtahan sessiyasında daha böyük uğurlar qazanmaq üçün səylə çalışır.  

 

 


 Klara AXUNDOVA,

Azərbaycan Tibb Universitetinin tələbəsi  

1996-cı ildə Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində   anadan olub. 2013-cü ildə   Yuxarı Öysüzlü  kənd tam orta məktəbini qızıl medalla    bitirib.

Ali məktəblərə qəbul imtahanında 690 balla Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika  fakültəsinə  qəbul olub.

Prezident təqaüdünə layiq görüldüyünə görə fərəh hissi keçirir.   

 

 


Hazırladı: Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov