Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Yanvar 2014 - №02

 

Gəncədə peşə məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib

 

Gəncə şəhərində 3 nömrəli peşə məktəbinin açılış mərasimi olub.  Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Gəncəyə göstərdiyi diqqət və qayğıya görə xüsusi minnətdarlığını bildirib, məktəb kollektivini təbrik edib, onlara işlərində müvəffəqiyyətlər arzulayıb. Qeyd edilib ki, məktəb əsaslı təmirdən sonra müasir standartlara uyğun yenidən qurulub.

Sonra məktəbə daxil olan mərasim iştirakçıları sinif otaqları, o cümlədən avtomobilin quruluş laboratoriyasının, gənclərin çağırışaqədər hazırlığı, telekommunikasiya, mühasibat, yol hərəkəti qaydaları və dərzi kabinetlərinin strukturu ilə tanış olublar.

Məktəbdə təhsil alan şagird Tərlan Rəhimova onlar üçün yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirib.

Qeyd edək ki, məktəb 1969-cu ildən fəaliyyət göstərməsinə baxmayaraq, heç bir zaman təmir olunmayıb. 2012-ci ilin iyun ayından 2013-cü ilin sentyabr ayına qədər aparılan əsaslı təmir nəticəsində məktəbin binası müasir tələblərə cavab verən səviyyəyə gətirilib. Fəaliyyətə başladığı gündən indiyədək məktəbi 50 minə yaxın şagird bitirib. Onların böyük əksəriyyəti müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir. Məzunlardan Yusif Abdullayev və Bayram Məmmədov Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub.

 Hazırda məktəbdə 6 peşə-avtomobil təmiri üzrə çilingər, avtomobil sürücüsü, inşaat-xarrat, radioelektron aparat və cihazların yığıcı çilingəri, telekommunikasiyada kompüter texnikasının operatoru, tikişçi, əməliyyatçı mühasib peşələri öyrədilir. Bu peşələr üzrə 120 şagirdə 26 nəfər pedaqoji və yardımcı heyət xidmət edir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov