Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Yanvar 2014 - №02

 

"Gənc liderlər üçün qış universiteti-kreativ başlanğıc" adlı yeni layihə

 

"İrəli" İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə bu ilin 5-8 fevral tarixlərində Bakıda "Gənc liderlər üçün qış universiteti-kreativ başlanğıc" adlı layihə həyata keçiriləcəkdir. Layihə bu dəfə paytaxtın ən kreativ 100 gənc liderini bir araya gətirəcək. 4 gün davam edəcək layihə çərçivəsində gənclər kreativ potensialın kəşfi və inkişaf etdirilməsi, gənclər siyasəti, şəxsi inkişaf strategiyasının qurulması, liderlik bacarıqlarının inkişafı, eyni zamanda gəncləri əhatə edən müxtəlif mövzular üzrə ölkənin ən aparıcı ekspertləri ilə ünsiyyətdə və fikir mübadiləsində olmaq imkanı əldə edəcəklər. 5 komandaya bölünməsi nəzərdə tutulan iştirakçılar layihə müddətində bir-biri ilə yarışacaqlar.

Məlumat üçün bildirək ki, "İrəli" İctimai Birliyinin ənənəvi olaraq keçirdiyi yay və qış universitetləri gənc liderlərin aşkarlanmasını, müxtəlif sahələr üzrə onların bilik və bacarıqlarının artırılmasını, fəal vətəndaş kimi yetişmələrini, eyni zamanda gənc liderlərdən ibarət şəbəkələrin formalaşmasını təmin edir. Universitet layihələri hər ilin qış və yay aylarında bir dəfədən az olmayaraq keçirilir.

2009-cu ildən başlayaraq indiyədək Qazax, Sabirabad şəhərlərində "Gənc liderlər üçün yay universiteti", Oğuz, Qəbələ və Gəncə şəhərlərində isə "Gənc liderlər üçün qış universiteti" layihələri həyata keçirilib ki, bu layihələrdə də ümumilikdə 600 gənc iştirak edib. 

Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi"  

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov