Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Yanvar 2014 - №03

 

Milli şərəf və qürur günü

 

Naxçıvan Dövlət Universitetində 20 Yanvar - Ümumxalq hüzn günü kitab və rəsm sərgiləri, digər ənənəvi silsilə tədbirlərlə qeyd olundu. Bu münasibətlə təşkil olunan mərasimdə əvvəlcə Azərbaycan xalqının milli müstəqilliyi uğrunda qurban getmiş şəhidlərin ruhu dərin ehtiramla yad edildi. Mərasimi giriş sözü ilə açan rektor, professor Saleh Məhərrəmov 20 Yanvarın Azərbaycan xalqının milli azadlıq hərəkatı və müstəqillik tarixində şanlı səhifə olduğunu bildirdi. Qeyd olundu ki, ümummilli lider Heydər Əliyevin  xalqımıza qarşı törədilmiş bu faciəyə  siyasi-hüquqi qiymət verilməsində, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin sosial şəraitlərinin yaxşılaşdırılmasında mühüm xidmətləri olmuşdur.  Bu siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra ümumi tarix kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Abdulla Mustafayev "20 Yanvar faciəsinin tarixi, sosial-siyasi kökləri və ibrət dərsləri", hüquq fənləri kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Şükür Məmmədov "20 Yanvar hadisələri beynəlxalq hüquq prizmasında", Tələbə Elmi Cəmiyyətinin sədri, hüquqşünaslıq ixtisası üzrə III kurs tələbəsi Ramazan Abdullayev  "Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi" mövzusunda məruzə etdilər.

Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Səyavuş Həsənovun qardaşı Məhəmməd Həsənov şəhid ailələri adından çıxış edərək şəhid ailələrinə daim diqqət və qayğı göstərən  dövlət başçısına və xalqımıza minnətdarlığını bildirdi.

Tədbirdə slayd və fotosərgi, qısametrajlı sənədli film nümayiş etdirildi, şeirlər  bədii qiraət olundu. 

Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov