Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Yanvar 2014 - №04

 

Bakı Ali Neft Məktəbi ali təhsil müəssisələri arasında birinci olub

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) "Abituriyent" jurnalının 12-ci nömrəsində "2013/2014-cü tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlili" və ölkədəki ali təhsil müəssisələrinin reytinqi barədə məlumat verilmişdir.

Bakı Ali Neft Məktəbinin (BANM) mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, reytinq göstəricilərinə görə məktəb 2012-ci ildə əldə etdiyi liderlik mövqeyini qoruyub saxlamış və 2013-cü ildə də ölkədəki ali təhsil müəssisələri arasında birinci olmuşdur.

Ötən il birinci ixtisas qrupu üzrə 600 baldan çox toplamış 369 abituriyentdən 121-i bu ali təhsil ocağının ixtisaslarını seçmişdir. 2013-cü ilin tələbə qəbulunun nəticələrinə görə BANM-da minimal keçid balı 634, neft-qaz mühəndisliyi ixtisası üzrə orta bal 661, kimya mühəndisliyi ixtisası üzrə 646, proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə isə 669 bal olmuşdur.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov