Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Yanvar 2014 - №04

 

Sumqayıt Dövlət Universitetində görüş

 

Sumqayıt Dövlət Universitetində Tokio-Boeki texnoloji firmasının Ukraynadakı təmsilçiləri, idarəetmə direktoru Aleksey Şpak və tətbiq üzrə mühəndis Vitali Tinkovun iştirakı ilə yapon texnologiyası əsasında təhsil və elmin innovasiyalı kompleks həlli üçün əhəmiyyət kəsb etməsi mövzusunda görüş keçirildi. Görüşdə universitetin rektor əvəzi dosent Elxan Hüseynov qonaqları salamlayaraq, onların universitetdə elmin və təhsilin inkişafı, elmi tədqiqatların yüksək şəkildə həyata keçirilməsi üçün müasir avadanlıqlarla təchizat məsələsini yüksək qiymətləndirdi.

Müzakirə zamanı qonaqların təklifləri, elmi-texniki avadanlıqlarla bağlı fikirləri  görüş iştirakçıları tərəfindən bəyənildi və gələcək əməkdaşlıq üçün razılıq əldə olundu. Hər iki qonaq səmimi qarşılanması və fikirlərinin universitet rəhbərliyi tərəfindən yüksək qiymətləndirilməsinə görə öz təşəkkürlərini bildirdi.

Görüşdə universitetin təlim-tərbiyə işləri üzrə prorektoru, dosent Nizami Namazov, qiyabi  təhsil üzrə prorektor, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Qafar Atayev, mühəndislik fakültəsinin dekanı, dosent Sabir Xəlilov, kimya və biologiya fakültəsinin dekanı, dosent Ələddin Qədimov, bərk cism elektronikası kafedrasının professoru Yadigar Hüseynov, neft-kimya texnologiyası kafedrasının müdiri, professor Əkbər Ağayev, texniki-kibernetika kafedrasının müdiri, professor Fazil Ələkbərli, həmin kafedranın dosenti Ulduz Ağayev iştirak etdilər. 

SDU-nun Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov