Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Yanvar 2014 - №04

 

Göyçayın 21 məktəbində müasir istilik sistemi quraşdırılıb

 

 Göyçay rayonunda müasir istilik sistemi ilə qızdırılan orta məktəblərin sayı ildən-ilə artır. Rayon təhsil şöbəsindən aldığımız məlumatda bildirilir ki, hər il Göyçayda yeni inşa və ya əsaslı təmir olunan məktəblərdə müasir istilik sistemləri quraşdırılır. Artıq rayonun 21 məktəbində müasir tipli qazanxana inşa edilib, yeni istilik sistemləri quraşdırılıb.

Digər 36 məktəbdə isə odun yanacağından istifadə olunur. Daxili imkanlar hesabına həmin məktəblərə odun sobaları, tüstü boruları və 1000 kubmetr odun yanacağı alınıb. Bununla yanaşı, bütün məktəblərdə qapı və pəncərələr, binaların dam örtükləri təmir edilib.

Rayonun orta ümumtəhsil müəssisələrində baş verə biləcək yanğın hadisələrinin qarşısını almaq məqsədilə profilaktik tədbirlər də görülüb. Məktəblərdə olan su hovuzları qaydaya salınıb, təhsil müəssisələri yanğına qarşı avadanlıqla təmin olunub. 

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov