Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Yanvar 2014 - №04

 
Prezident təqaüdçüləri

Azərbaycan təhsilinin uğurları

 


Pərvin ABDURAHMANOV,
Azərbaycan Respublikasının Prezidenti  yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi
 

1996-cı ildə   Şəki şəhərinin İnçə kəndində anadan olub. 2013-cü ildə  Şəki şəhər İnçə-Zunud kənd orta məktəbini bitirib. Ötən il ali məktəblərə qəbul imtahanında III qrup üzrə 691 bal  toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsinə daxil olub.

DİA-nın tələbəsi olmağı ilə fəxr edir. Sevincinin hədd-hüdudu yoxdur.  Müəllimlərinə həmişə borclu olduğunu  deyir.  Göstərilən etimadı doğrultmaq isə onun ən böyük arzusudur.


Səidə ƏLƏSGƏROVA,
Bakı Ali Neft Məktəbinin tələbəsi
 

1995-ci ildə Salyan rayonunda anadan olub.  2012-ci ildə Salyan şəhər 2 nömrəli tam orta məktəbi bitirib. Məktəblilər arasında keçirilən fənn  olimpiadalarının iştirakçısı  olub.

Ali məktəblərə qəbul imtahanında 680 bal toplayaraq   Bakı Ali Neft Məktəbinin  kimya  mühəndisliyi ixtisasına qəbul olub.

Dövlətimizin  təhsilə  və  gəncliyə  xüsusi diqqət və qayğısından ruhlanan  Səidənin arzusu valideynlərinin  və  müəllimlərinin etimadını doğruldaraq ali məktəbi əla qiymətlərlə  bitirməkdır.


Sevinc QAFARLI,
Bakı Ali Neft Məktəbinin tələbəsi
 

1996-cı ildə Bakı şəhərində   anadan olub. 2013-cü ildə Bakıdakı 244 nömrəli tam orta məktəbi bitirib. Orta məktəbdə oxuduğu illərdə  fənn  olimpiadalarının iştirakçısı olub. 

Ötən il ali məktəblərə  qəbul imtahanında 695 bal toplayaraq  Bakı Ali Neft Məktəbinin kimya mühəndisliyi ixtisasına  daxil olub. 

Prezident təqaüdünə layiq görüldüyünə görə  Prezident cənab İlham Əliyevə  öz təşəkkürünü  bildirir. Ən böyük arzusu  gələcəkdə ixtisası üzrə tanınmış  mütəxəssis olmaqdır.


Günel AĞASIYEVA,
Azərbaycan Tibb Universitetinin tələbəsi
 

1995-ci ildə Şəki şəhərinin Birinci Biləcik  kəndində anadan olub. 2013-cü ildə Şəki şəhərinin Birinci Biləcik kənd tam orta məktəbini əla qiymətlərlə  bitirib. 

Ötən il ali məktəblərə qəbul imtahanında 690 bal toplayaraq Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə qəbul olub.

Prezident təqaüdünə  layiq görülən Günel üzərinə düşən məsuliyyəti ciddi dərk edir və  qış imtahan sessiyasını əla qiymətlərlə başa vurmaq üçün səylə çalışır.


Kamran KƏRİMOV,
Azərbaycan Tibb Universitetinin tələbəsi
 

1996-cı ildə Yevlax  şəhərində    anadan olub. 2013-cü ildə Mingəçevir  şəhər Özəl Türk Liseyini  bitirib. Orta məktəbin X sinfində oxuyanda Cənubi Afrika Respublikasında  Yeniyetmələrin Beynəlxalq Elm olimpiadasında bürünc medal qazanıb.

Ali məktəblərə qəbul imtahanında 685 balla Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika  fakültəsinə  qəbul olub.

Prezident təqaüdünə layiq görüldüyünə görə fərəh hissi keçirir. 

 Hazırladı: Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov