Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Yanvar 2014 - №04

 

"Araz" kurslarının məzunları müsabiqənin qalibləri olublar

 

 Qax şəhərindəki  "Gülnur" şadlıq sarayında bilik yarışması qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi Qax  "Araz" kursunun və rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən bilik yarışmasında rayonun tədris ocaqlarından  600-ə yaxın şagird iştirak edib.  Qax "Araz" kursunun müdiri Səbuhi  Əyyubov qurumun fəaliyyəti və məzunların qazandıqları uğurlar barədə ətraflı məlumat verib. Qeyd olunub ki, "Araz"  kursları ali məktəblərə hazırlaşan şagirdlərin xüsusi proqram əsasında  daha mükəmməl bilik qazanmasında  mühüm rol oynayır. 2003-cü ildən fəaliyyət göstərən Qax "Araz" kursunun məzunlarından indiyədək 100 nəfərə yaxın ali məktəblərə  qəbul imtahanlarında 600 baldan yüksək nəticə göstərib, onların 12 nəfəri Prezident təqaüdünə layiq görülüb.

Çıxışlardan sonra bilik yarışmasında fərqlənən 36 şagirdə mükafatlar təqdim olunub. 

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov