Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Yanvar 2014 - №04

 

İdman məktəbinin yetirmələri üçün ötən il uğurlu olub

 

  15 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin yetirmələri ötən  il ərzində bir çox uğurlara imza atıb. Belə ki,   Valeriya Mixaylova   2013-cü ilə sentyabrın 16-dan 19-na kimi keçirilən üzgüçülük üzrə respublika çempionatında 200 m kompleks üzmədə  III,  brass üsulu ilə 50, 100 m çoxnövçülük   üzrə üzmədə  III yerə layiq görülüb. İdman məktəbinin direktoru Cəmil Fətullayevdən aldığımız məlumata görə, idmanın bu növü üzrə Teymur Şavkunov noyabrın 15 - 17 tarixlərində  "Şən Delfin" Bakı şəhər payız birinciliyində 100 m brass, 100 m arxası üstə üzmə üsulu üzrə I yerə çıxıb.

Voleybol üzrə  Uşaq-Gənclər İdman Məktəbi 1997-1998-ci il təvəllüdlü qızlar və oğlanlar  arasında keçirilən Bakı şəhər birinciliyində komanda hesabında I  və II yeri tutduğuna görə diplomla təltif olunub.

Bundan başqa, basketbol üzrə idman məktəbinin komandası oktyabrın 13-dən 23-nə kimi 1998-1999-cu il təvəllüdlü oğlanlar arasında keçirilən respublika birinciliyində I yeri tutub.

15 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin komandası 2000-2001-ci il təvəllüdlü oğlanlar arasında keçirilən Bakı şəhər klub-komanda birinciliyində I yerə çıxıb və diplomla təltif olunub.   

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov