Hüseyn
XƏLİLOV,
Qafqaz Universitetinin psixoloqu
Cəmiyyətimizdə
bəzi insanlar geyimin insanın özünə aid bir imic
olduğunu müdafiə edirlər. Geyim-keçim göstərmək
istədiyiniz imicinizin əhəmiyyətli bir hissəsidir. Çünki
insanlar ən çox gördüklərinə inanırlar. "Bir-birlərini
heç tanımayan və ilk dəfə qarşılaşan insanlar hələ
danışmağa başlamadan duruşları, paltarları, aksesuarları
və digər xarici görünüşləri ilə özləri haqqında qarşı
tərəfə çox əhəmiyyətli mesajlar verirlər.
Bu mövzu haqqında aparılan araşdırmalara görə, insanlar
bir-birləri ilə ilk dəfə qarşılaşdıqları zaman onların
90 %-i bir neçə dəqiqə ərzində daha çox görünüşə (fiziki
görünüşə, geyindiyi paltara, saç düzümünə və s.) baxaraq
mülahizələr yürüdür və qərar verirlər.
Cəmiyyətdə hər zaman nümunə olan müəllimlərdir.
Müəllimin şəxsə olan təsiri valideynin və digər
insanların təsirindən qat-qat çoxdur. Ananı, atanı və
fərqli ixtisasa malik olan insanları da tərbiyə edən,
təhsil verən və formaya salan müəllimdir. Müəllim anadan
olandan ölənə qədər həyatı rəngarəng edən, onu
istiqamətləndirməyə çalışan müqəddəs yol göstərəndir.
Buna görə də o, geyim-keçim mövzusuna da çox diqqət
etməli və ixtisasına uyğun geyinməlidir.
Paltarınızın forması, rəngi və istifadə olunan
aksesuarlar təmsil etdiyiniz müəllimlik ixtisasına uyğun
olmalıdır. Başqa sözlə, uyğun bir geyim tərzi həm özünə,
həm ixtisasına, həm də gələcəkdə cəmiyyəti
formalaşdıracaq olan şagirdlərə qarşı diqqət və qayğının
nişanəsidir.
Şagird diqqətli bir müşahidəçidir
Müvəffəqiyyətli olmağın bir neçə yolu var. Bunlardan
biri də geyim tərziniz ilə sinifdə yaxşı bir imicə sahib
olmaqdır. Türk dili və ədəbiyyatı müəllimi Sungur Kılıç,
müəllimliyə başladığı ilk ili belə xatırlayır:
"Müəllimlikdən aldığım ilk maaşımla özümə keyfiyyətli
bir dəst kostyum almışdım. Təqribən beş ay sonra sinifdə
dərs izah edərkən bir şagirdin mənə diqqətlə baxdığını
gördüm. Ona tərəf yaxınlaşıb incə bir səs tonu ilə:
"Xeyir ola, Əhməd, nə baş verib?" - dedim. Əhməd azacıq
xəcalət hissi ilə, amma yüksək bir səslə: "Müəllim
zövqünüzə heyranam. Qalstukunuzun rəngi ilə köynəyinizin
düyməsinin naxışının belə eyni olmasına diqqət
edirsiniz", - dedi. Bu sözləri eşidəndə çox
təəccübləndim. Çünki əynimdəki köynəyi beş ay bundan
əvvəl almışdım, amma Əhməd dedikdən sonra düyməsinin
rəngli olduğuna fikir vermişdim. Beş aydır geyinməyimə
baxmayaraq köynəyin düyməsinin ağ rəngdə olduğunu
düşünürdüm".
İşə uyğun paltar geyinmək
Bədəninizə yaraşmayan paltarlar həmişə ucuz paltar kimi
görünür (hətta lap bahalı olsalar da). Hər mağazanın öz
ölçüləri var. Bədəninizə uyğun olan paltarı seçərkən sıx
olan paltarlar əvəzinə yüngül və geniş olanlarını seçin.
Əgər geyindiyiniz zaman əziyyət çəkirsinizsə, almayın.
Pəhriz arzularınızı bir kənara qoyun. Mağazalar həmişə
daha böyük və kiçik paltarlar satmaq mövzusunda
ehtiyatlı davranırlar. Amma nə yaxşı ki, artıq daha
böyük və kiçik paltarlar üçün başqa mağazalar da açılır.
Bir çox ticarət mərkəzlərində ən böyüyündən ən kiçiyinə
kimi bütün ölçülərdə paltarlar satılan mağazalar açılır.
Əgər axtardığınızı tapa bilmirsinizsə, bu vəziyyəti
mağaza müdirinə deyin. Mağazalar bir çox başqa iş
yerləri kimi, sadəcə, işi düşünürlər, bütün ehtiyacları
qarşılamağa çalışırlar. Əgər siz onlara nə axtardığınızı
deməsəniz, onlar da nə istədiyinizi bilməyəcəklər.
Kostyum və yubkanızı aldıqdan sonra bir dəyişikliyə
ehtiyac olub-olmadığına baxın. Əgər dəyişikliyə ehtiyac
varsa və bunu siz bacarmırsınızsa, onda quru
təmizləmələrə və ya dərzilərə müraciət edin. Yaxaların
qısaldılması və ya uzadılması, paltarın dəyişdirilməsi
üçün xərclənən başqa xərclər paltarınızı ikiqat bahalı
və şux göstərəcəyi üçün boşa xərclənmiş
sayılmayacaqdır.
Kişilər üçün klassik geyimlər
"Bir kişi geyimlərini incəliklə seçmiş, diqqətlə
geyinmiş, sonra bütün bu etdiklərini unudan bir şəxs
kimi görünməlidir".
Kostyum:
Mavi, göy və ya boz rənglərdə ola bilər. Tək rəng və ya
incə cızıqlı olsa, yaxşı görünər. Kömür rəngi də
inamverici bir rəngdir.
Bir çox iş sahələrində uyğunsuz olaraq dəyərləndirilən
qara rəng uyğun və düzgün bir seçim sayılmır.
Geyim forması:
*
Bədən ölçüsü və forması çox əhəmiyyətlidir. Şalvarlar
bel cızığından aşağı düşməməlidir. Pencək düzgün
düymələnməli, yaxası çarpaz formada görünməməlidir;
*
Şalvarlar sadə bir dəri kəmərlə və ya şalvara taxılan
çiyinbağı ilə geyinilməlidir;
*
Şalvarların ön və arxasındakı ütü xətti düz olmalıdır.
Şalvar topuğun arxa hissəsini yalnız bir santimetr
örtməlidir;
*
Pencəyin qolları köynəyin qollarını yarım santimetr
göstərəcək uzunluqda olmalıdır;
*
Normal pencəklər, əgər iki düyməlidirsə hər ikisi, yox
əgər üç düyməlidirsə, orta düyməsi düymələnərək
geyinilməlidir.
*
Parlaq parçadan olan pencəklər yaxşı görünə bilər, amma
adət-ənənələrə bağlı olan iş yerlərində bu tərzdə olan
paltarların geyinilməsi hələ də cəsur bir tərz kimi
qəbul edilməkdədir.
Köynək:
Köynəyin yaxası düyməli və ya düyməsiz ola bilər. Parlaq
və incə bir növ pambıq parçadan olan bir köynək
olmalıdır. Yaxalarının ucları əzilməyəcək bir şəkildə
düzgün ütülənməlidir. Yaxşı köynək manjetindəki
tikişindən başa düşülür və tikişi çox olan köynək daha
yaxşıdır. Başqa bir işarə isə çiyinlərdəki tikiş
formasıdır.
Qalstuk:
Qalstuk iş adamlarının özlərini ifadə etməsi üçün ən
yaxşı fürsətdir. Seçdiyiniz qalstukun istədiyiniz imici
bütün gün ərzində əks etdirdiyinə əmin olun. Fərqli peşə
ilə məşğul olan şəxslər gördükcə bir çox yaxşı
qalstuklar görəcəksiniz.
Qalstukların uzunluğu ya bel xəttinə qədər, ya da müasir
bir görüntü üçün bel xəttindən bir azca aşağı olmalıdır.
İncə bir sonluqla bitiş olmalıdır, çox dəmdəstgahlı
olmamalıdır.
Ən populyar qalstuk bağlanması dördü birində və Vindsor
tərzidir. Ən klassik qalstuklar açıq rəngli ipək
qalstuklardır.
Ən yaxşı qalstuk çəp kəsilmiş qalstuklardır; belə forma
onun gözəl və şux görünməsinə səbəb olur. Bunu görmək
üçün incə tərəfindən tutun və köynəyinizə
yaxınlaşdıraraq sərbəst buraxın. Əgər əzilməz və ya
büzüşməzsə, onda yaxşıdır.
Qalstukun cizgiləri, adətən, sol çiyindən aşağı tərəfə
olmalıdır.
Qadınlar üçün klassik geyimlər
Pencəklər:
Ümumən iş yerləri üçün pencəklər və ya rəngli, cizgili
parçadan olan pencəklər uyğun gəlir.
Parça tikişli olmalıdır. Yaxşı bir yun və ya kətanauyğun
gələr. Almazdan əvvəl qırışıb-qırışmadığını yoxlayın.
Əgər büdcəniz məhduddursa, onda bir yubka və ya don
paltarda uyğun olar.
Tünd yaşıl klassik bir rəngdir. Tünd qırmızı da yaxşı
rəngdir; bunun kimi şokolad və ya tünd qəhvəyi rəngi də
uyğun gələr. Qadınların kişilərə nisbətən daha geniş
seçim etmək şansları var. Naxışlı pencəklər də yaxşıdır,
amma belə pencəklərdən tez bezə bilərsiniz.
Dəst geyimləri:
Olduqca işləkdir və ən yaxşı tərəfi də pencəyi və ya
yubkanı fərqli geyimlərlə də istifadə edə bilərsiniz.
Yubkalar:
Yubkalar diz qapağı səviyyəsində, milli mentalitetə
uyğun, görünüş üçün isə bir az da uzun olmalıdır. Yeni
bir yubka alanda oturduğunuzda və hərəkət edərkən rahat
olub-olmadığını yoxlayın.
Gəzərkən yubkanın kəsiyinin (razrezinin) necə olduğuna
fikir verin.
Şalvarlar:
Bəzi iş yerlərində qadınların şalvar geyinməsinə müsbət
baxmırlar və ya ancaq özləri tərəfindən dərzilərdə
tikilmiş xüsusi formaların geyinilməsinə icazə verirlər.
Bir qadın müəllimin geyinəcəyi şalvar qətiyyən dar
olmamalıdır. Rəngi qara, qəhvəyi, boz və ya göy
olmalıdır.
Üstlük:
Pencəyin altından geyinilən köynək və bədənlik çox qısa
olmamalıdır.
Ayaqqabılar:
Orta və ya kiçik topuq geyinilsə, yaxşı olar. Qara, dəri
ayaqqabı daha rahatdır. |