Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 Fevral 2014 - №05

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın
təsdiq edilməsi haqqında 26 dekabr 2013-cü il tarixli 354 nömrəli qərarının icrası barədə

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın təsdiq edilməsi haqqında 26 dekabr 2013-cü il tarixli 354 nömrəli qərarının icrasını təmin etmək məqsədilə 

ƏMR EDİRƏM: 

1. Təhsil Nazirliyinin müvafiq struktur bölmələrinin və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri "Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 2013-cü il tarixli 354 nömrəli qərarını nəzərə alsınlar və işdə rəhbər tutsunlar (əlavə olunur).

2. Kredit sisteminin tətbiqi ilə bağlı tədris sənədlərinin (tədris planı, tədris qrafiki, ixtisas üzrə illik işçi tədris planı, tələbənin fərdi iş planı, müəllimin illik işçi tədris planı, dərs cədvəli, akademik transkript, tələbənin ərizə forması, tədris razılığı, akademik arayış, akademik təqvim, məlumat paketinin strukturu) nümunələri təsdiq edilsin (əlavə olunur).

3. İlk peşə və orta ixtisas təhsili şöbəsinin rəhbərliyi (K.Mikayılov), orta ixtisas təhsili müəssisələrinin direktorları 2014/2015-ci tədris ilindən tədris prosesinin kredit sisteminə keçirilməsini təmin etsinlər.

4. Əmrin və "Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın orta ixtisas təhsili müəssisələrinə göndərilməsi və "Azərbaycan müəllimi" qəzetində dərc edilməsi nazirliyin İnformasiya şöbəsinə həvalə olunsun.

5. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova tapşırılsın. 

Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
31 yanvar 2014-cü il
 

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov