Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 Fevral 2014 - №05

 

Abşeron gənclərinin ümumrayon toplantısı keçirilib

 

Fevralın 1-də Xırdalan şəhərində Abşeron rayonu gənclərinin ümumrayon toplantısı keçirilib.  Tədbir iştirakçıları  öncə ulu öndərin Xırdalan şəhərinin mərkəzində - Heydər Əliyev parkında ucaldılmış möhtəşəm heykəli önünə əklil qoydular.

Toplantını giriş sözü ilə rayon gənclər və idman idarəsinin rəisi Əsgər Əmirəliyev açdı. Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət himni ifa olundu. Ə.Əmirəliyev qeyd etdi ki, hər il 2 fevralın Gənclər Günü kimi respublikamızda yüksək səviyyədə qeyd olunması artıq ənənə halını almışdır. Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan dövlətinin taleyüklü məsələləri ilə məşğul olduğu bir vaxtda Azərbaycan gəncliyini də unutmadı. Bu gün ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun, o cümlədən dövlət gənclər siyasətinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd edildi.

Gəncləri təbrik üçün söz Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova verildi. Z.Fərəcov bildirdi ki, ümummilli lider ölkəmizə rəhbərlik etdiyi müxtəlif illərdə hər bir işdə gənclərə arxalanmış və onların enerjisini düzgün istiqamətə yönəltmişdir. O, böyüməkdə olan gənc nəslə qayğını həmişə ön plana çəkmişdir. Ulu öndərin ideyaları bu gün sürətlə reallaşmaqdadır. Azərbaycanın hər yerində istifadəyə verilən sağlamlıq, istirahət və idman kompleksləri gənc nəslin xoşbəxt gələcəyinə xidmət edir.

Sonra  rayonun ictimai-mədəni həyatında fəallıq göstərən bir qrup gəncə RİH başçısı tərəfindən fəxri fərmanlar verildi.

Toplantıda Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini  İradə Gülməmmədova Prezident İlham Əliyev tərəfindən bugünkü gəncliyə göstərilən qayğıdan, onların nəinki respublikamız daxilində, həm də onun hüdudlarından kənarda müasir tələblərə cavab verə biləcək kadrlar kimi yetişmələri üçün həyata keçirilən genişmiqyaslı layihələrdən söz açdı.

Daha sonra  çıxış edənlər rayonda gənclərə göstərilən diqqət və qayğıdan söz açdılar, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi gənclər siyasətinin rayonda uğurla icra olunduğunu söylədilər.

Tədbirin sonunda Abşeronun bədii özfəaliyyət kollektivi maraqlı proqramla çıxış etdi. 

Rəna ƏSGƏROVA,
Xırdalan şəhər 3 nömrəli məktəb-liseyin müəllimi 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov