Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 Fevral 2014 - №05

 

Prezident təqaüdçüləri

Azərbaycan təhsilinin uğurları

 

Solmaz ƏSƏDZADƏ,

Azərbaycan Respublikasının Prezidenti  yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi 

1996-cı ildə Bakı şəhərində  anadan olub. 2013-cü ildə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyini bitirib. Orta məktəbdə oxuduğu müddətdə Azərbaycan, ingilis, ərəb dilləri üzrə lisey daxilində  keçirilən bilik yarışmalarında  həmişə  uğur qazanıb.

Ali məktəblərə  keçirilən  qəbul imtahanında 688 bal  toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının   siyasi idarəetmə fakültəsinə   daxil olub.

Arzusu  ixtisası üzrə Azərbaycanda tanınmış mütəxəssis olmaqdır.   

 


Şahnaz QAFARLI,

Azərbaycan Respublikasının Prezidenti  yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi 

1995-ci ildə  Qəbələ rayonunun Zarağan kəndində anadan olub. 2013-cü ildə Qəbələ rayon Zarağan kənd 1 nömrəli tam orta  məktəbi bitirib.

Tarix fənni üzrə keçirilən  olimpiadada rayon üzrə II yeri tutub.

Ali məktəblərə keçirilən qəbul imtahanında topladığı 692 balla      Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının   siyasi idarəetmə  fakültəsinə   daxil olub.         

Prezident təqaüdünə layiq görüldüyünə görə ölkə başçısına ailə üzvləri adından minnətdarlıq edir.


Fəridə CARÇIYEVA,

Azərbaycan Tibb Universitetinin tələbəsi 

1996-cı ildə Qazax rayonunun Çaylı  kəndində  anadan olub.  2013-cü ildə Bakıda  yerləşən Ağdam rayon 37 nömrəli  məcburi köçkün tam orta məktəbini bitirib. Orta məktəbdə oxuduğu illərdə yaxşı oxumaqla yanaşı, ictimai işlərdə də  nümunəvi şagird olub.   

Ali məktəblərə keçirilən qəbul imtahanında 687 bal toplayaraq Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə qəbul olub.

Prezident təqaüdünə layiq görüldüyünə görə sevinir. 

Arzusu tanınmış həkim olmaqdır.


Leyla AĞAYEVA,

Azərbaycan Tibb Universitetinin tələbəsi 

1996-cı ildə Bakı şəhərində anadan  olub.   2013-cü ildə Bakıdakı 5 nömrəli tam orta məktəbi bitirib. Orta məktəbdə oxuduğu  illərdə fənn olimpiadalarının iştirakçısı olub.

Ali məktəblərə keçirilən qəbul  imtahanında 687 bal toplayaraq Azərbaycan Tibb  Universitetinin  müalicə-profilaktika fakültəsinə qəbul olub. Ona göstərilən diqqət və qayğıya  görə ölkə başçısına ailə üzvləri adından minnətdarlıq edir.

Qış imtahan sessiyasını əla qiymətlərlə   başa vurub.

 


 

Rəhim RƏHİMLİ,

Bakı Ali Neft Məktəbinin tələbəsi 

1995-ci ildə  Masallı rayonunda anadan olub. 2013-cü ildə Bakıdakı Zərifə Əliyeva adına liseyi bitirib.  Orta məktəbdə oxuduğu  illərdə  ayrı-ayrı fənlər üzrə keçirilən olimpiadalarda fəal iştirak edib.

Ali məktəblərə keçirilən qəbul imtahanında 680 bal toplayaraq  Bakı Ali Neft Məktəbinin proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına qəbul olub.

Prezident təqaüdünə  layiq görüldüyünə görə sevinc hissi keçirir.     

 

Hazırladı: Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov