Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Fevral 2014 - №06

 

"Nə? Harada? Nə zaman?" məktəb liqasına start verilib

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə "İçərişəhər" intellektual oyunlar klubunda "Nə? Harada? Nə zaman?" məktəb liqasına start verilib.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin "İçərişəhər" intellektual oyunlar klubu bu layihə çərçivəsində ölkə üzrə ümumtəhsil məktəblərinin VII-XI sinif şagirdlərinin əyləncəli intellektual hərəkata cəlb olunmasını nəzərdə tutur.

Məktəb liqasının ilk oyununda 11 komanda iştirak edib. Bakı şəhərindəki Zərifə Əliyeva adına liseyi təmsil edən "Birlik" komandası 24 sualdan 17-nə düzgün cavab verərək qalib adına layiq görülüb.

Məktəb liqasının ikinci oyununda iştirakçı komandaların sayının ikiqat artacağı gözlənilir.

Yarışda iştirak etmək istəyənlər [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərlər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov