Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Fevral 2014 - №06

 

"Azərbaycan müəllimi" - 80

Yubiley təbriki

 

Müəllimlik və ziyalılıq məktəbi 

İsa HƏBİBBƏYLİ,
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,
Milli Məclisin deputatı, akademik

Azərbaycanda çoxsaylı mətbuatın mövcud olduğu və fəaliyyət göstərdiyi bir dövrdə "Azərbaycan müəllimi" qəzeti möhkəm davamlı ənənələri və daim müasirlik ruhu ilə seçilən mətbuat orqanı kimi özünü isbat etmişdir. "Azərbaycan müəllimi" ölkəmizdə maarifçi ziyalıların, müəllimlərin sözünü deyən, onların yaradıcı axtarışlarını  üzə çıxaran, yeni düşüncə və yanaşmaları qiymətləndirən,  cəmiyyətə təqdim edən qəzetdir. "Azərbaycan müəllimi" qəzeti Azərbaycan ziyalılığının əsas xitabət kürsüsüdür.  Müasir mərhələdə Azərbaycan milli təhsil sistemində  aparılan islahatlar, böyük dəyişikliklər və yeniləşmələr "Azərbaycan müəllimi" qəzetinin işığında sistemli və ardıcıl şəkildə ictimaiyyətə çatdırılır. Azərbaycan ictimaiyyəti ölkəmizdə təhsil sahəsində gedən  yeni prosesləri ilk növbədə "Azərbaycan müəllimi" qəzetindən öyrənir. Bütün bunlara görə "Azərbaycan müəllimi" qəzeti öz məktəbini yaratmışdır. "Azərbaycan müəllimi" qəzetini diqqətlə və ardıcıl şəkildə oxuyub-öyrənib orta, yaxud ali təhsil səviyyəsində  bilik və məlumatlar almaq, dünyagörüşü qazanmaq mümkündür. "Azərbaycan müəllimi" - müəllimlik, ziyalılıq, elmilik məktəbidir.

Azərbaycanda məktəb və pedaqoji fikir tarixi, pedaqogika, psixologiya, fənlərin tədrisi metodikası, defektologiya və sair kimi bu qəbildən olan elmlərin inkişafında  "Azərbaycan müəllimi" qəzetinin böyük rolu, xüsusi xidmətləri vardır.  Geniş mənada isə bütün elm sahələrinə, xüsusən də humanitar və ictimai elmlərə "Azərbaycan müəllimi" qəzetində geniş yer ayrılır. "Azərbaycan müəllimi" akademik elmlə - pedaqogika-psixologiya elmləri arasında böyük körpüdür. Elm sahələri arasında əlaqələrin formalaşması və inkişafında "Azərbaycan müəllimi" qəzetinin xüsusi yeri mövcuddur.

Elm və təhsil işçilərini "Azərbaycan müəllimi" qəzetinin şərəfli yubileyi münasibətilə ürəkdən təbrik edir, qəzetin yaradıcı kollektivinə daha böyük uğurlar arzulayıram.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov